Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük maşının sürücüsü – 1991-ci il təvəllüdlü Famil Faxrət oğlu Cavadov piyada – 1952-ci il təvəllüdlü Arif Qədimulla oğlu Fətəliyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.