Alyansın Avropa üzvü olan ölkələr müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılıq verməsələr, ABŞ Prezidenti Donald Tramp iyunda Haaqada keçirilməsi planlaşdırılan NATO sammitində iştirak etməyəcək.
Avropa.info xəbər verir ki, bu barədə “Der Şpigel” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın NATO-ya yeni təyin olunmuş səfiri Metyu Uitaker NATO-nun hər iclasında müttəfiqlərin müdafiə büdcəsini ÜDM-in 5%-ə çatdırmaqda israr edir. Əvvəlcə bu tələblər, xüsusən də Almaniyada şübhə ilə qarşılansa da, lakin indi ciddi tələb kimi qəbul edilir.
Qeyd olunur ki, Trampın tələbləri yerinə yetirilmədiyi təqdirdə onun sammitə səfərinin ləğv edilməsi ehtimalını səsləndirən də məhz Uitaker olub.