Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumlarından müdafiə üçün ABŞ istehsalı olan “Patriot” sistemlərini almaq niyyətindədir.
Avropa.info xəbər verir ki, Zelenski CBS News-a verdiyi müsahibəsində Ukraynanın bir “Patriot” sistemi üçün 1,5 milyard dollar ödəməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, bu sistemlərdən ən azı 10 ədədinə ehtiyac var:
“1,5 milyard dollar dəyərində olan bir sistemi almağa hazırıq. Bizə isə ən azı 10 sistem lazımdır ki, bəzi şəhərləri, yalnız mülki əhalinin yaşadığı əraziləri qoruya bilək. Bu 1,5 milyard dolları ödəməyə hazırıq, bu vəsaiti tapacağıq və hamısını ödəyəcəyik”, – deyə Ukrayna lideri bildirib.
Zelenskinin bu açıqlaması Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün beynəlxalq silah bazarında aktiv rol oynamaq istədiyini bir daha göstərir.