Avropa.info xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illik yubileyi münasibətilə vəsait hazırlanıb
Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, funksional analiz və diferensial tənliklər sahəsində görkəmli alim Fəraməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, geniş ictimai fəaliyyətindən, qazandığı nailiyyətlərdən bəhs edən vəsait hazırlanıb. Materialda professor Misir Mərdanovun “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan” məqaləsinin, akademikın “İstiqlal” ordeni ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsi haqqında imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən materialda görkəmli şəxslərin Fəraməz Maqsudov haqqında söylədikləri dəyərli fikirlər, onun layiq görüldüyü təltif və mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Vəsaitdə müəllifi olduğu kitabların biblioqrafi təsviri ilə yanaşı qısa annotasiyası, dövrü mətbuat nümunələri də sərgilənir