Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya-Hersoqovina Demokratik Hərəkət Partiyasının (SDA) sədri Bakir İzetbeqoviçlə telefon danışığı aparıb.
Avropa.info xəbər verir ki, Rabitə Müdirliyinin sosial media hesabında paylaşılan yazıya görə , görüşdə Bosniya-Hersoqovinadakı son vəziyyət və regional inkişaflar bütün aspektlərdə müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyənin Bosniya-Hersoqovinadakı prosesləri çox yaxından və diqqətlə izlədiyini və Bosniya-Herseqovinanın konstitusiya quruluşu və qanunun aliliyi çərçivəsində artan gərginliyə bir an əvvəl son qoyulması lazım olduğunu bildirib.
Türkiyənin Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunu qorumaq üçün güclü dəstəyini davam etdirəcəyini bildirən Ərdoğan, bu çərçivədə Serbiya Respublikasının Prezidenti Milorad Dodikə də lazımi xəbərdarlıqların edildiyini bildirib.
Prezident Ərdoğan, Bosniya-Hersoqovinada baş verən hadisələrin tərkib hissəsi olan xalqlar arasında münaqişədən qaynaqlanmadığını, Bosniya-Hersoqovinada ərazi bütövlüyünü dəstəkləyən siyasi partiyaların minimum ortaq zəmində birləşməsinin vacib olduğunu, beynəlxalq ictimaiyyətin də bölgədəki separatizmə qarşı sərt mövqe tutması lazım olduğunu bildirib.