İyirmi birinci əsrin insanı ağır bir vəbalın içərisindədir. Yer üzərində 2 milyarda yaxın müsəlman var, amma bir vahid orqanizm kimi ola bilmir.
Avropa.info News24.az-a istinadən xəbər verir ki, bu sözləri RTV-də yayımlanan “Media gündəliyi” verilişinin qonağı, ilahiyyatçı Ağa Hacıbəyli deyib.
O qeyd edib ki, müsəlmanların ən böyük dərdi Allah Rəsulunun ruhunu anlaya bilməməkdir.
“Kərbələ bu gün də davam edir. Xocalı bu gün də davam edir. Xocalı bu millətin bağrında başqa yaradır. Oradakı fəryadları, anaların iniltilərini unutmamalıyıq”, – deyə o əlavə edib.
İlhaiyyatçı vurğulayıb ki, 21-ci əsrin insanına baxanda insan utanır Allahdan.
Müsahibənin tam versiyasını bu videodan izləyə bilərsiniz.