Prezident Rəcəb Tayyib Ərdoğan, Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar mesajında, “Yaxşısında da, pisində də bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”
Avropa.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar müraciət edib.
Prezident Ərdoğan, mesajında, “Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş və bacılarımızı ehtiramla yad edirəm” dedi.
“Acısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.