İzmirin Bayraklı rayonunda 102 kilo 50 qram sintetik narkotik ələ keçirilib və 1 şübhəli həbs edilib.
Avropa.info TRT Haber-ə istinadən xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Narkotiklərlə Mübarizə Şöbəsi qrupları, külli miqdarda narkotikin olduğu ünvana basqın etdi .
Axtarış zamanı beton pilləkənlərin altındakı sahədə gizlədilən 102 kilo 50 qram sintetik narkotik vasitə götürülüb.
Nəzarətə alınan ZUE əməliyyatlardan sonra sövq edildiyi ədliyyədə həbs edilib.