Türkiyə Sənayeçi və İşadamları Dərnəyinin (TÜSİAD) İdarə Heyətinin sədri Orhan Turan dərnəyin ümumi yığıncağındakı çıxışında söylədiyi ifadələrlə bağlı “ədalətli mühakiməyə təsir etməyə cəhd” və “ictimaiyyəti çaşdıran məlumat yaymaq” cinayətlərinə görə, barəsində iş üzrə istintaq başladılıb.
Avropa.info xəbər verir ki, İstanbul Baş Prokurorluğu TÜSİAD İdarə Heyətinin sədri Turanın fevralın 13-də dərnəyin ümumi yığıncağında etdiyi çıxışında bəzi araşdırmalar və təqiblərlə bağlı məhkəməyə təklif və istiqamət verən ifadələr işlətdiyini müəyyən edib.
Baş Prokurorluq Turan-ın dediklərini həqiqətə uyğun olmayan və ictimai asayişi poza biləcək fakt kimi qiymətləndirib və “ədalətli məhkəməyə təsir etməyə cəhd” və “ictimai olaraq çaşdırıcı məlumat yaymaq” maddələri ilə iş üzrə istintaqa başlayıb.
İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsinə bir müddət əvvəl eyni cinayətlərə görə istintaq edilən TÜSİAD Yüksək Məşvərət Şurasının sədri Mehmet Ömer Arif Aras və Turanla bağlı prokurorluqda ifadə alınması əmri verilib.
Turan daha sonra ifadə vermək üçün İstanbul Ədliyyəsinə aparılır.