Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Avropa .info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 2 “Opel”, 3 “KamAZ” və 1 “Mercedes” markalı maşın toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.







