Avropa.info xəbər verir, bu barədə Antiokiya departamentinin risklərin idarə edilməsi bürosunun direktoru Karlos Rios Puerta məlumat verib.
“Pacifica Travel” şirkətinə məxsus təyyarə Kolumbiyanın şimal-qərbindəki Antiokia departamentində qəzaya uğrayıb. Təyyarədə iki ekipaj üzvü və səkkiz sərnişin olub.
“Təəssüf ki, heç kim sağ qalmayıb. Hadisə yerində 37 personal işləyir, biz cəsədləri axtarırıq”, – Rios Puerta bildirib.
Kolumbiyanın Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi həlak olanların ailələrinə başsağlığı verib.
Məsələ ilə bağlı araşdırma başlayıb