04 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Bunu onlardan soruşmadığım üçün çox peşmanam” – İLHAM RƏHİMOV

Yanvar 11, 2025
Cəmiyyət
A A

RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin xüsusi buraxılışında hüquq elmləri doktoru, professor İlham Rəhimov tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova geniş müsahibə verib.

Avropa.info News24.az-a istinadən həmin müsahibəni təqdim edir:

– İlham müəllim, mənim üçün çox maraqlıdır, sizin mətbuata video formatda heç bir vaxt geniş müsahibə verdiyinizi görməmişəm. Nə yaxşı razılaşdınız bu müsahibəyə?

– Düzdür, həqiqətən mənim videokameralar qarşısında müsahibələr verməkdən xoşum gəlmir. Bu da onunla bağlıdır ki, özümü reklam eləməyi xoşlamıram. Amma sizin bu formatda, bu proqramla yayımlanan verilişlərinizin bir neçəsinə baxmışam. Azərbaycanın tanınmış şəxsləri ilə müsahibələrdə orijinallıq, nəsə yeni bir şey var. Həm də yaxşıdır ki, o tanınmış adamları Azərbaycanda hamıya daha da dərindən tanıdırsınız. Təbiidir ki, Azərbaycan cəmiyyəti o adamlar haqqında olanları bilməlidir, tanımalıdır onları. Ona görə də razılıq verdim.

– İlham müəllim, sizin uşaqlığınız Tovuz rayonunda keçib. Bizim hamımız üçün maraqlıdır, İlham Rəhimovun uşaqlıq illəri necə keçib?

– Uşaqların əksəriyyətinin uşaqlıq həyatı təxminən eyni keçir. Yəni ata-anaları ilə bir yerdə böyüyürlər. Mənim uşaqlıq həyatım isə bir qədər fərqli olub.

Təxminən 7-8 yaşım olanda atamla anam ayrılmışdı. Ona görə də mən kənddə nənəmlə, yəni atamın anası və babamla birlikdə yaşayırdım. Elə birinci sinfi də kənd məktəbində oxumuşam.

Hərdən bununla bağlı məndən soruşurlar, ümumiyyətlə insan özü özünə də sual verir ki, uşaqlıq dövrünün taleyi ilə özü razıdır, ya yox? Mənə belə sual verəndə, hətta özüm özümə bu sualı verəndə həmişə özümdən soruşuram: Bir tərəfdən düşünürəm ki, şikayət etməyə ehtiyac yoxdur. Yəni o mənada ki, uşaqlıq dövründən, 7-8 yaşımdan həyat elə gətirdi, mən başqa bir ailəyə düşdüm və gələcək yolum bununla müəyyən olundu. İndi deyə bilərəm ki, bu, uğurlu olub. Amma bunun o biri tərəfi də var. Bu da ondan ibarətdir ki, mən nə itirdim orada?

Mən ataları, anaları ilə birgə böyüyüb, həyatlarını onlarla birlikdə keçirən uşaqlar kimi böyümədim. Bu nöqteyi-nəzərdən çox şey itirdim. Məsələn, bəzi uşaqlar kimi ata-anasının, xüsusilə də anasının onun yanında olmasını, tez-tez “ay oğlum!” deməsini görmədim. Burada itirdim.

Mənə desəydilər ki, sən hansını istəyərdin? Tutaq ki, kənddə qalıb, anamla bir yerdə yaşayırdım. Amma elə alındı ki, atamla bir yerdə gedəsi oldum, o biri yolla getdim. Bu sualı verəndə, açığı, fikirləşirəm ki, istəyərdim, uşaqlıq dövründən böyüyənə kimi anamın yanında olaydım.

– Belə bir deyim var: Övlad nə qədər pir olsa da, anaya möhtac imiş. Ananızı tez-tez xatırlayırsınız?

– Aydın məsələdir, hamı ata-anasını tez-tez xatırlayır. Təbii. Amma maraqlıdır ki, bir müddətdən sonra, yəni onlar həyatını dəyişəndən sonra bu sualı tez-tez düşünürəm. Onlar həyatını itirəndən sonra onlar haqqında çox fikirləşir və onlarla olan münasibəti, hər şeyi özündən keçirirsən, ortaya çoxlu suallar çıxır. Mən özüm özümə sual verirəm ki, onlar həyatda olanda onlardan soruşmadım, necə oldu ayrıldınız? Təbii ki, onlarla əlaqələrim olub, gedirdim, görüşürdüm, çox sevirdim onları… Bunu özüm üçün aydınlaşdırmadım.  İndi hesab edirəm ki, bu, mənim çox böyük səhvim idi. Çox peşman olmuşam. İndiyədək də bunun səbəbini bilmirəm. Yəni ayrı adamların söhbətlərindən nələrsə bilirəm, amma onların dilindən mən bunu eşitmədim. Heç özüm də soruşmadım, heç onlar da bu söhbəti açmadılar.

– Mənim bildiyimə görə, ananız bəy qızı olub…

– Atamla anam xala uşağı idilər. Amma bir az ögey xala uşağı olublar. Anam tərəf bəy nəslindən idi, anam bəy qızı olub. Atam isə əksər ailələr kimi, çox sadə bir ailədən çıxıb. Atamın atası, babası çoban olublar. Babalarımından ən böyük vəzifədə olanları böyük çoban olub.

– Bildiyimə görə, atanız Məhəmmədhəsən müəllim müxtəlif vəzifələrdə çalışıb. Ondan sizə hansı xüsusiyyətlər keçib? O xüsusiyyətləri özünüzdə aşkar eləmisiniz ki, o xüsusiyyətlər yadınıza düşəndə daim atanızı xatırlamısınız.

– Çoxları mənə deyir ki, mənim xasiyyətimdə iki cəhət birləşib. Birində atamdan, o nəsildən gələn xüsusiyyətlər var. Yəni necə deyərlər, sadəlik, zarafatcıllıq, özünü çox sərbəst aparmaq kimi xüsusiyyətlər o nəsildən gəlib. Bir də anam tərəfdən – bəylik nəslindən gələn xasiyyətdir. Onlardan gələn xüsusiiyət bir az ayrı cürdür. Onlar bir az özlərini bir qədər ayrı cür aparıblar. Görünür, başqa cür tərbiyə alıblar, ayrı davranış görüblər. Bu davranış mənə də keçib.

Sovet dövründə elə idi, sadə ailələrdən çıxan uşaqlara həmişə yol açıq olurdu. Kəndli, fəhlə ailəsindən olanlara oxumaqda da, vəzifədə də işıq, yol olub. Atam o yolla gedib, ali təhsil alıb, anam isə bəy qızı olduğuna görə heç orta məktəbi də düz-əməlli bitirə bilməyib. Yəni onlar üçün yol bağlı idi.

– Rejim artıq yolları onların üzünə bağlamışdı…

– Onlar sürgündə də olublar. Anam üç yaşı olanda sürgündə olub. Onlar iki dəfə sürgün həyatı yaşayıblar.

– Bəy qızı olduğuna görə?

– Bəli.

– İlham müəllim, siz Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan ilk azərbaycanlı tələbə olmusunuz. Elə orada da ən yaxın dostlarınızdan biri olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə tanışlığınız başlayıb. Mənim üçün çox maraqlıdır, necə baş verdi o tanışlıq? 

Müsahibənin tam versiyasını aşağıdakı videomaterialdan izləyə bilərsiniz.

Əvvəlki Yazı

“Putin təmaslara açıqdır, amma Kreml onun 2024-cü ilin iyununda bəyan etdiyi mövqeyini saxlayır”-Peskov

Növbəti Yazı

11 sentyabr terror aktlarının əsas təşkilatçısı Xalid Şeyx Məhəmmədə edam hökmü elan olunub

XƏBƏR LENTİ

1-ci Qarabağ Müharibəsi Şəhidi Zərdabda dəfn edildi – Fotolar

Daha 3 şəhidimiz Kəlbəcərdə dəfn olunacaq

02 İyul 2025 / 20:40
14
Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

02 İyul 2025 / 19:36
41
Prezidentlər iclasda iştirak edirlər

Prezidentlər iclasda iştirak edirlər

02 İyul 2025 / 16:13
36
Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

02 İyul 2025 / 13:08
46
Ersin Tatar Azərbaycana gəlib – FOTO

Ersin Tatar Azərbaycana gəlib – FOTO

02 İyul 2025 / 12:33
29
Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

02 İyul 2025 / 12:26
20
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr

02 İyul 2025 / 12:21
24
Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

02 İyul 2025 / 11:28
19
“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

02 İyul 2025 / 11:19
8
Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

02 İyul 2025 / 11:08
39
Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

02 İyul 2025 / 10:56
36
Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

02 İyul 2025 / 10:49
33
Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

Sumqayıtda qadın küçədə qətlə yetirilib

02 İyul 2025 / 10:04
4
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

02 İyul 2025 / 9:56
35
ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

02 İyul 2025 / 9:47
42
Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

02 İyul 2025 / 9:30
49
Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

02 İyul 2025 / 9:13
65
Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

02 İyul 2025 / 9:05
36
Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
16
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
12
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
22
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
28
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
10
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
16
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
34
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
20
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
27
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.