18 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Təyyarə qəzasında günahkar kimdir? – Pilotlarımız əsl qəhrəmanlıq nümunəsi göstərdilər

Dekabr 30, 2024
Cəmiyyət
A A

2024-cü ilin son günləri Azərbaycan xalqına çox böyük bir üzüntü yaşatdı. “Azərbaycan Hava Yolları”na məxsus “Embraer-190” təyyarəsinin Rusiyanın hava sərhədləri daxilində hücuma məruz qalması 38 nəfərin ölümünə səbəb oldu. Əslində, Azərbaycanın aviasiya sisteminin mükəmməl fəaliyyəti sayəsində bu tip qəzalar nadir hallarda baş verir. Qəzaların əksəriyyəti texniki səbəblərlə bağlı olduğu halda başqa bir dövlətin hava məkanında təyyarəyə hücum ya məqsədli, ya da ciddi səhv ucbatından ola bilər.

Beləliklə, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Qroznı hava limanından 18 kilometr şimal-qərbdə zərbə aldıqdan sonra Xəzər dənizinin üzərindən keçərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş etməli oldu. 38 nəfər həlak oldu, 29 nəfər isə sağ qala bildi. Burada həyatlarını itirən pilotların qəhrəmanlığının məxsusi yeri var, ancaq ən təəccüblüsü və təəssüf doğuranı Rusiya hava yetkililərinin təyyarəyə Qroznıda, Mahaçqalada və Rusiyanın digər şəhərlərində eniş etməsinə icazə verməmələri, təyyarəni Aktau limanına doğru istiqamətləndirmələri, bir sözlə, 67 nəfərlik heyəti ölümün qucağına atmalarıdır.
Bəzi səviyyələrdə bildirirlər ki, guya Qroznı üzərində həmin anlarda, yəni dekabrın 25-də səhər çağlarında PUA-lar uçurmuş və Rusiyaya məxsus raket sistemləri onların zərərsizləşdirilməsi ilə məşğul imiş. Üstəlik iddia olunur ki, Rusiya səmasında olan bütün təyyarələrə xəbərdarlıq ünvanlanıb. Ancaq istintaq sübut edib ki, Azərbaycana məxsus avialaynerə hər hansı xəbərdarlıq edilməyib, əksinə, təyyarənin elektron sistemi də sıradan çıxarılıb. Araşdırmalar qəzanın düşünülmüş, yəni terror aksiyası olduğunu inkar edir, ancaq Rusiya tərəfinin ilk zamanlar məsuliyyətdən boyun qaçırmaq, baş verənlərə görə günahı ekipaj üzvlərinin üzərinə atmaq cəhdləri böyük təəssüf doğurur. Azərbaycan və Rusiya arasındakı mövcud münasibətlər də belə bir təxribatın törədilməsinə hüquqi və siyasi zəmin yaratmır. O halda nədən “Embraer-190” təyyarəsinə qarşı təxribatdan da ağır münasibət sərgiləndi?

67 insanı ölümə göndərmək kimə lazım idi?

Təbii, qəzanın səbəbləri ilə bağlı müxtəif versiyalar irəli sürülsə də, rəsmi qərar dövlət komissiyası tərəfindən hadisə tam araşdırıldıqdan sonra elan ediləcək. İndiki halda isə yerdəki qalıqlar və şahid ifadələri təyyarəyə kənar müdaxilənin olduğunu söyləməyə tam əsas verir. Şahid ifadələrindən, təyyarədəki izlərdən, qəza zamanı salonda çəkilən kadrlardan təyyarənin Qroznı üzərində Rusiyaya məxsus Hava Hücumundan Müdafiə sistemi ilə vurulduğu ortaya çıxır. Bu, məsələnin bir tərəfi… İkinci tərəf isə odur ki, əgər problem Qroznı üzərində guya PUA-ların uçması ilə bağlı idisə, o zaman ruslar təyyarənin digər məntəqələrdə eniş etməsinə şərait yaratmalı idilər. Göz görə-görə 67 insanın taleyinə biganəlik göstərmək, üstəlik, onları raket sistemləri ilə atəşə tutmaq nə insanlığa, nə də dövlətlərarası münasibətlərə sığar. Hətta o da bildirilir ki, təyyarədə rabitə sistemini sıradan çıxaranlar onun dənizə düşməsini və qəzadan heç kimin sağ qurtulmamasını planlayıblar. Ona görə də Azərbaycan xalqı Rusiyanın rəsmi dairələrinin bu məsələyə aydınlıq gətirməsini tələb etdilər. Tələblərində də tamamilə haqlı idilər. Çünki, hələ 2020-ci ildə cəbhə bölgəsindən uçan rus helikopteri səhvən vurulduqda, Azərbaycan dövləti rəsmən Rusiyadan üzr istədi. Ermənilər həmin olaydan yararlanaraq Rusiyanın Ermənistan tərəfindən müharibəyə girməsinə çox çalışdılar. Lakin sağlam məntiq və qonşuluq münasibətləri erməni niyyətini puça çıxardı. Hərçənd, o zaman erməni və ermənilərə yaxın Rusiya media orqanları ölkəmizə yüzlərlə iftira atdılar, Azərbaycanın helikopteri qəsdən vurduğunu iddia edərək ölkələrarası əlaqələrə zərbə vurmağa cəhd göstərdilər.

Azərbaycan düşmənin planlarını görüb o zaman illüziyalara uymadı və tərəflər problemi soyuq başla həll etdilər. İndi eyni addımı Rusiya atmalıdır. Doğrudur, prezident Vladimir Putin Azərbaycan Prezidentinə zəng edərək sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etdi. Ancaq bu yanaşma bütün rus cəmiyyətində hakim olmalıdır. Əks halda, qəzanın yanlış interpretasiyası həm dövlətlər, həm də xalqlarımız arasındakı münasibətlərə neqativ təsir göstərəcək. Artıq buna cəhd edənlər də var. Rusiyanın bəzi media strukturları ölkənin müharibə şəraitində olduğunu və PUA-ları hədəf alan Rusiya hərbi bazalarının belə bir addımının maksimum səhv kimi qiymətləndirilə biləcəyini ictimai şüurlara sırımağa çalışırlar.

Azərbaycan ədalət istəyir

Azərbaycan qəzanın necə baş verdiyini araşdırmaq üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edib və bu heyət tezliklə əsl həqiqətlərin ortaya çıxarılmasına yardımçı olacaq. Amma reallıq odur ki, artıq Rusiya ərazisi aviasiya keçidi üçün ciddi təhdidə çevrilir. Hadisədən dərhal sonra həm Azərbaycan, həm də bir sıra digər ölkələrin Rusiyanın ayrı-ayrı şəhərlərinə hava reyslərini təxirə salmaları şimal dövlətinin imicinə də ciddi xələl gətirir. Odur ki, ruslar bu faciəyə soyuqqanlı yanaşmalı, qəzanın məsuliyyəti altından hansısa yolla çıxmağa çalışmamalıdır. Əgər səmimi etiraf olmasa, Azərbaycan və Rusiya arasındakı təmaslar digər istiqamətlərdə də zərər görə bilər. Məsələn, Rusiyanın Xarici İşlər Nazirliyi bu günlərdə belə bir açıqlama verdi ki, 2025-ci il yanvarın 1-dən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qaydalara əsasən, xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Halbuki, indiyə qədər bu müddət 180 gün ərzində 90 gün, bir il ərzində isə 180 gün idi. Rusiyada çoxsaylı Azərbaycan vətəndaşlarının yaşadığını nəzərə alsaq, bu qanun soydaşlarımızın da marağına uyğun deyil. Azərbaycan Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələbləri sərtləşdirməsini həmvətənlərimizin hüquqları kontekstində nəzərdən keçirir. Belə olan təqdirdə Azərbaycan tərəfinin də müvəqqəti olma və miqrasiya məsələlərinə paritet və qarşılılıq prinsiplərindən çıxış edərək reaksiya verməsi normal qarşılanmalıdır.

Göründüyü kimi, dövlətlərarası münasibətlər çox həssasdır və baş verən hər bir ciddi insident bu münasibətləri gərgin müstəviyə keçirə bilər. Azərbaycan xalqı hələ də 25 dekabr aviaqəzasının üzüntüsünü yaşayır. Prezident İlham Əliyev xalqı ilə bir yerdə həyatlarını itirən insanlara son vida borcunu verdi, onların şücaət və qəhrəmanlığının unudulmayacağını dedi. Doğrudur, dünyasını dəyişən insanımızı geri gətirmək mümkün olmayacaq, ancaq Prezidentin liderliyi ilə Azərbaycan xalqı bu kimi məsələlərdə kimsəyə onun heysiyyatı ilə oynamaq imkanı verməyəcəyini nümayiş etdirir. Dünyanın hər yerindən dövlət başçımıza ünvanlanan məktublar, qlobal liderlərin məlum təyyarə qəzasından təəssüfləndiklərini və Azərbaycanın yanında olduqlarını bildirmələri bəzi mərkəzlərin bu hadisənin üstündən sükutla keçəcəyimizə olan ümidlərini darmadağın etdi. Prezidentin də dediyi kimi, Rusiya tərəfi Azərbaycanın tələblərini qəbul etməli, qəzada günahkar olanları cəzalandırmalıdır. Biz haqqımızı mütləq alacağıq, çünki, istədiyimiz ədalətdir. Ədalət zəfər çaldıqda, bəlkə dünyasını dəyişmiş pilotlarımızın və günahsız sərnişinlərimizin ruhu da rahatlıq tapacaq!


Əlibala Məhərrəmzadə,
Milli Məclisin deputatı

 

Əvvəlki Yazı

Qroznı aeroportunun dispeciri Əli İdrisov ifadə verdi

Növbəti Yazı

“Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir”-Osman Gündüz

XƏBƏR LENTİ

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
3
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
32
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
5
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
9
“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

16 Dekabr 2025 / 16:21
5
Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

16 Dekabr 2025 / 12:29
45
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

15 Dekabr 2025 / 18:25
5
“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

15 Dekabr 2025 / 11:20
52
Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

15 Dekabr 2025 / 11:12
33
Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025 / 11:10
29
Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

13 Dekabr 2025 / 18:28
11
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

12 Dekabr 2025 / 20:07
47
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

12 Dekabr 2025 / 10:58
6
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Xilaskarlıq missiyası və dövlətçilik ideyalarının möhkəmləndirilməsi

12 Dekabr 2025 / 10:53
19
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

11 Dekabr 2025 / 17:12
3
Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

11 Dekabr 2025 / 16:01
24
Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

11 Dekabr 2025 / 12:01
4
“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

11 Dekabr 2025 / 11:55
9
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

10 Dekabr 2025 / 12:28
32
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09 Dekabr 2025 / 13:51
11
“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

09 Dekabr 2025 / 12:00
11
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

08 Dekabr 2025 / 13:43
4
“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

08 Dekabr 2025 / 13:40
23
Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

08 Dekabr 2025 / 13:40
8
Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

04 Dekabr 2025 / 13:33
17
Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

03 Dekabr 2025 / 20:20
12
Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

03 Dekabr 2025 / 13:42
25
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02 Dekabr 2025 / 14:27
6
Milli Məclisin Komitə sədrindən QHT-yə 20 illik yubiley təbriki

Milli Məclisin Komitə sədrindən QHT-yə 20 illik yubiley təbriki

02 Dekabr 2025 / 13:02
10
Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

28 Noyabr 2025 / 16:08
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.