Respublika Gənclər Kitabxanasında filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizaməddin Şəmsizadə haqqında virtual kitab sərgisi hazırlanıb
Avropa.info xəbər verir ki,Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizaməddin Şəmsizadənin 70 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb
Virtual sərgidə professor Nizaməddin Şəmsizadənin həyat və yaradıcılıq fəaliyyətindən bəhs olunur, onun layiq görüldüyü təltif, mükafat və fəxri adlar haqqında geniş məlumat verilir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində https://ryl.az/multimedia/nizameddin-semsizade-70 Nizaməddin Şəmsizadənin əsərləri, onun haqqında dövri mətbuatda çıxan məqalələrlə yanaşı, professorun foto və video görüntüləri də sərgilənir. İstifadəçilər virtual sərgi vasitəsilə Nizaməddin Şəmsizadənin müəllifi olduğu “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “Ədəbiyyat nəzəriyyəsi”, “İdrakın üfüqləri”, “Mən kiməm?”, “Turan yolu” kimi kitabların qısa annotasiya ilə tanış ola bilərlər.