Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə baş verən yanğın söndürülüb.
Bu barədə Avropa.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.
Avropa.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakıda yanğın baş verən obyektin “Neolit” restoranı olduğu müəyyənləşib.x
Avropa.info xəbər verir ki, yanğın restoranın anbarında baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bakıda obyekt yanır.
Avropa .info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.