27 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

BMT-nin Əhali Fondunun “Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” şüarı altında keçirdiyi 16 Günlük Fəallıq Kampaniyası başa çatıb

Dekabr 14, 2024
Cəmiyyət
A A

BMT-nin Əhali Fondunun (UNFPA) Yaponiyanın “Takeda Pharmaceutical Company Limited” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində icra edilən 16 Günlük Fəallıq Kampaniyası başa çatıb.

“Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” şüarı altında keçirilən builki kampaniya texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub. Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub.

Qeyd etmək lazımdır ki, dünyada qadınların 85%-i texnologiya vasitəsilə törədilən zoraklığa məruz qalıb və ya digər qadınlara qarşı törədilən bu cür zorakılığın şahidi olub. Dünyada qadınların 57%-nin onlayn videoları və ya şəkilləri sui-istifadə və ya təhrif edilib.

UNFPA-nın bu təşəbbüsü qadınların və qızların texnologiyalardan təhlükəsiz istifadə etməsi üçün cəmiyyətin bütün təbəqələrini səfərbər olmağa çağırıb.

Kampaniya çərçivəsində gender bərabərliyi, gender əsaslı zorakılıq , eləcə də texnologiya vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmlərinə dair hazırlanmış materiallar müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim olunub.  Eyni zamanda, sosial şəbəkələr vasitəsilə yayımlanan maarifləndirici video materiallar və sosial çarx hədəf auditoriyalarına gender əsaslı zorakılıqla mübarizənin əhəmiyyətini çatdırıb, rəqəmsal zorakılıqdan müdafiə yollarına diqqət çəkib.

16 Günlük Fəallıq Kampaniyasının əsas komponentləndən biri olan məlumatlandırma sessiyaları Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrini əhatə edib. Məktəb və icmalarda təşkil edilmiş sessiyalarda qadınlara qarşı texnoloji zorakılığın müxtəlif formaları, o cümlədən, təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları haqqında məlumat verilib. Tədbirlərdə iştirak edən tanınmış influyenserlər sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Kampaniya çərçivəsində məişət zorakılığından müdafiə ilə bağlı UNFPA tərəfindən hazırlanmış veb-resurs da ictimaiyyətə təqdim olunub. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslər bu onlayn resurs vasitəsilə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə ətraflı məlumat əldə edə bilər.




Əvvəlki Yazı

Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub – Fotolar

Növbəti Yazı

Baki-Şamaxi yolu buz bagladi, sürücülər çətin durumda qaldi-Video

XƏBƏR LENTİ

Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

26 Dekabr 2025 / 16:36
4
Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən nəşr olundu – FOTO

Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı – FOTO

25 Dekabr 2025 / 21:58
4
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

25 Dekabr 2025 / 13:31
38
Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Dekabr 2025 / 13:23
33
Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

24 Dekabr 2025 / 20:46
20
Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

24 Dekabr 2025 / 18:37
45
Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

24 Dekabr 2025 / 18:30
26
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Tarix yazan LİDER

24 Dekabr 2025 / 10:18
31
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23 Dekabr 2025 / 16:24
8
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23 Dekabr 2025 / 16:11
3
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 2025 / 17:23
5
Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
39
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
5
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
156
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
6
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
6
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
8
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
33
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
6
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
10
“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

16 Dekabr 2025 / 16:21
7
Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

16 Dekabr 2025 / 12:29
51
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

15 Dekabr 2025 / 18:25
6
“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

15 Dekabr 2025 / 11:20
52
Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

15 Dekabr 2025 / 11:12
34
Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025 / 11:10
29
Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

13 Dekabr 2025 / 18:28
11
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

12 Dekabr 2025 / 20:07
48
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

12 Dekabr 2025 / 10:58
6
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Xilaskarlıq missiyası və dövlətçilik ideyalarının möhkəmləndirilməsi

12 Dekabr 2025 / 10:53
19
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.