Xəbər verdiyimiz kimi, “Meydan TV” ilə əməkdaşlıq edən bir neçə jurnalist saxlanılıb.
Dünən Daxili İşlər Nazirliyi Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar saxlanıldığı barədə məlumat yaymışdı.
Digər jurnalistlərlə bağlı isə hələ ki rəsmi açıqlama yoxdur.
Avropa.info-nun məlumatına görə, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudovanın vəkilləri bildiriblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Onların hər biri 48 saat müddətə şöbhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.