18 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ceyhun Bayramov Maltada mühüm konfransda çıxış etdi

Dekabr 6, 2024
Siyasət
A A

Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.

Avropa.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, çıxış zamanı nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.

Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bir sıra onlarla təşəbbüs və əhəmiyyətli tədbirlər ilə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.

İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir, bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin bərpaolunan külək, su, günəş enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.

Yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında, Avropa İttifaqı, habelə Gürcüstan, Rumıniya, Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar və layihələrin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüslərin, Xəzər və Qara dəniz hövzələrini birləşdirəcək yaşıl enerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.

Orta Dəhlizin inkişafı, Azərbaycan vasitəsilə keçən əmtəələrin həcminin artımından bəhs edən nazir Ceyhun Bayramov, nəqliyyat və kommunikasyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeyd edib.

Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparımış müzakirələr, təşkilat çərçivəsində mövcud problemlər və perspektivlərdən danışıb.

C.Bayramov, o cümlədən tədbir iştirakçılarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib.

Sülh müqaviləsinin layihəsi, o cümlədən delimitasiya prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin sülh gündəliyinə hədə törətdiyi bildirilib.

Daha sonra xarici işlər naziri Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb

Əvvəlki Yazı

Sülhəddin Əkbərin partiyası ləgv edildi- məhkəmə qərar verdi

Növbəti Yazı

Prezident İlham Əliyev Ursula fon der Lyayenə təbrik məktubu ünvanlayıb

XƏBƏR LENTİ

İspaniya Aİ ölkələrini İsrailə silah embarqosu qoymağa çağırır

İspaniya Aİ ölkələrini İsrailə silah embarqosu qoymağa çağırır

18 İyun 2025 / 0:06
0
Prezident Ərdoğan Qətər Əmiri Əl Tani ilə görüşüb

Prezident Ərdoğan Qətər Əmiri Əl Tani ilə görüşüb

17 İyun 2025 / 21:29
24
İranın eks prezidenti qətlə yetirilib

İranın eks prezidenti qətlə yetirilib

17 İyun 2025 / 21:19
65
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

17 İyun 2025 / 19:18
35
Aİ Ukraynanı rouminq zonasına daxil etməyə hazırlaşır

Aİ Ukraynanı rouminq zonasına daxil etməyə hazırlaşır

17 İyun 2025 / 19:14
48
Tramp ABŞ kəşfiyyatını inkar edir: “İran nüvə silahına çox yaxındır”

Tramp ABŞ kəşfiyyatını inkar edir: “İran nüvə silahına çox yaxındır”

17 İyun 2025 / 19:10
30
Respublika Gənclər Kitabxanasında Konstitusiya və Suverenlik İli çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında Konstitusiya və Suverenlik İli çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib

17 İyun 2025 / 18:56
66
İsrail İranın qərbində silsilə hücumlar həyata keçirdiyini bildirir

İsrail İranın qərbində silsilə hücumlar həyata keçirdiyini bildirir

17 İyun 2025 / 18:37
17
23 il öncə törədilən cinayətin üstü açılıb

23 il öncə törədilən cinayətin üstü açılıb

17 İyun 2025 / 18:04
38
MOSSAD-ın zabit və komandirləri öldürüldü – İran

MOSSAD-ın zabit və komandirləri öldürüldü – İran

17 İyun 2025 / 17:51
38
ABŞ rəsmiləri gəmilərin İran raketlərinə qarşı müdafiə üçün istifadə edildiyini bildirir

ABŞ rəsmiləri gəmilərin İran raketlərinə qarşı müdafiə üçün istifadə edildiyini bildirir

17 İyun 2025 / 17:26
29
İsrail-İran müharibəsinin üçüncü gecəsi

İsrailin müdafiə naziri: Tehrandakı strateji hədəflərə ‘əhəmiyyətli hücumlar’ həyata keçiriləcək

17 İyun 2025 / 17:13
20
Peskov: “Vəziyyət sürətlə gərginləşir. Gözlənilməzlik zirvəsindədir”

Peskov: “Vəziyyət sürətlə gərginləşir. Gözlənilməzlik zirvəsindədir”

17 İyun 2025 / 16:07
22
Avropa ölkələri vətəndaşlarini İsraildən təxliyə etmək üçün hərəkətə keçdilər

Avropa ölkələri vətəndaşlarini İsraildən təxliyə etmək üçün hərəkətə keçdilər

17 İyun 2025 / 15:53
19
Prezident İlham Əliyev Məmmədbağır Əliyevi təltif etdi

Prezident İlham Əliyev fərman imzaladi

17 İyun 2025 / 15:45
15
Norveç İsrailin İrana hücumlarının beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Norveç İsrailin İrana hücumlarının beynəlxalq hüquqa zidd olduğunu bildirib.

17 İyun 2025 / 15:37
5
İran yaxın saatlarda İsrailə hücumların güclənəcəyini bildirir

İran yaxın saatlarda İsrailə hücumların güclənəcəyini bildirir

17 İyun 2025 / 12:21
7
4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

17 İyun 2025 / 12:13
39
Kosovo prezidenti Osmani: Türkiyənin sarsılmaz dəstəyinə görə minnətdarıq

Kosovo prezidenti Osmani: Türkiyənin sarsılmaz dəstəyinə görə minnətdarıq

17 İyun 2025 / 10:42
21
4 gün əvvəl qərargah rəisi təyin edilən general da öldürdü

4 gün əvvəl qərargah rəisi təyin edilən general da öldürdü

17 İyun 2025 / 10:31
11
İsrail-İran qarşıdurmasının beşinci günü

İsrail-İran qarşıdurmasının beşinci günü

17 İyun 2025 / 10:20
12
Bu ölkə vətəndaşları da İrandan Azərbaycana təxliyə edildi

Bu ölkə vətəndaşları da İrandan Azərbaycana təxliyə edildi

17 İyun 2025 / 10:11
16
Rusiya Kiyevə raket zərbələri endirdi – 14 ölü – Video

Rusiya Kiyevə raket zərbələri endirdi – 14 ölü – Video

17 İyun 2025 / 10:02
5
İsrail nə qədər çox hücum edirsə, Qərb onu bir o qədər “qurban” kimi göstərir

İsrail nə qədər çox hücum edirsə, Qərb onu bir o qədər “qurban” kimi göstərir

17 İyun 2025 / 9:57
5
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

17 İyun 2025 / 9:42
4
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Tramp“Hər kəs dərhal Tehrandan evakuasiya olunmalıdır!”

17 İyun 2025 / 9:38
6
Türkiyədə 75 ilde narkotik əməliyyatı: 2311 narkotik satıcısı tutuldu

Türkiyədə 75 ilde narkotik əməliyyatı: 2311 narkotik satıcısı tutuldu

17 İyun 2025 / 9:27
26
Tarixi gizlinləri özündə yaşadan Alanya – FOTO

Tarixi gizlinləri özündə yaşadan Alanya – FOTO

16 İyun 2025 / 21:14
22
“İsrailin məqsədi rejim dəyişikliyi deyil” – Qalperin

“İsrailin məqsədi rejim dəyişikliyi deyil” – Qalperin

16 İyun 2025 / 20:11
8
İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

16 İyun 2025 / 19:59
39
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.