03 - 09 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Deputat Suraxanının problemlərini hökumət qarşısında qaldırdı

Noyabr 26, 2024
Siyasət
A A

“Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlət basçımız prezident İlham Əliyevin uzun illər ərzində düşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülməkdədir”.

Avropa.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bu gün parlamentin iclasında 2025-ci ilin büdcə zərfi ilə bağlı çıxışı zamanı deyib.

Deputat bildirib ki, dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət edir. Azərbaycanın sabit və təhlükəsiz şəraitdə hərtərəfli inkişafı, iqtisadi rəqabət qabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı dövlətlərindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi dövlət başçısının məqsədyönlü siyasətinin əyani təzahürüdür.

“Bəli, bütün istiqamətlərdə uğurla inkişaf etdirilən “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Sözsüz ki, Böyük Qayıdışa dair Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet kimi nəzərdə tutulub”, -deyən millət vəkili əlavə edib ki, 2025-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə daxil olan bir çox məsələlər günün tələblərinə uyğun müəyyən edilib, lakin həll olunması arzu olunan bəzi məsələlər də vardır ki, onların aradan qaldırılması və gələcəkdə büdcədən bu sahəyə də vəsaitin ayrılmasına ehtiyac duyulur.

Sevinc Fətəliyeva millət vəkili seçildiyi ərazi üzrə bir neçə məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb: “Hövsan – şəhər tipli qəsəbədir, eləcə də əhali baxımından həmin ərazidə artım nəzərə çarpacaq dərəcədə hiss olunur. Qəsəbədə poliklinikanın mövcud olmasına baxmayaraq, əhalinin sağlamlığının tam təmin olunması və əhalinin məmnunluğu baxımından müasir tipli yeni xəstəxananın tikintisinə ehtiyac var. Dövlətimiz tərəfindən təhsilə göstərilən qayğı danılmazdır. Gənclərin təhsili və onların gələcəyinin təmini dövlət siyasətinin prioritetidir. Arzu olunandır ki, Hövsan qəsəbəsində 118 saylı orta məktəbdə, Yeni Suraxanı qəsəbəsində 316 saylı orta məktəbdə şagird sıxlığının olmasını nəzərə alaraq, əlavə tədris korpusları, Hövsan qəsəbəsinin Quşçuluq Sovxozu yaşayış sahəsində isə yeni məktəb binası tikilsin. Eyni zamanda, Hövsan və Yeni Suraxanı qəsəbəsində mövcud, lakin yarasız vəziyyətdə olan uşaq bağçalarının sökülüb müasir tipli bağçalarla əvəzlənməsinə ehtiyac duyulur.

Baxmayaraq ki, son dövürlərdə millət vəkili seçildiyim ərazidə asfalt örtüyünün çəkilşinə mütamadi olaraq diqqət ayrılır, lakin kanalizasiya probleminin mövcudluğu digər məsələlərin vaxtında aradan qaldırılmamasına səbəb olur və əhali arasında narazılıq yaradır. Suraxanı rayonunda mövcud olan kanalizasiya şəbəkəsinin yenidən qurulması, təmizləyici qurğuların tikintisi, kanalizasiya şəbəkəsi olmayan sahələrində bu problemin aradan qaldırılması vacib məsələlərdəndir. Eyni zamanda mütəmadi olaraq, korroziyaya uğramış, sıradan çıxmış su xətlərinin dəyişdirilməsi və yeni su xətlərinin çəkilməsinə baxmayaraq, bütövlükdə bəzi ərazilərdə problem öz həllini tapmamışdır. Yaxşı olardı ki, daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdən kənarda qalmasın”.

Qeyd olunan problemlərin aradan qaldırılması üçün büdcədə həmin sahələrin nəzərə alınmasını xahiş edən millət vəkili gələn ilin büdcə lahiyəsini dəstəklədiyini vurğulayıb.

Avropa.info

Əvvəlki Yazı

“Ölən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailə üzvlərinə verilməlidir”-Deputat Arzuxan Əlizadə

Növbəti Yazı

Büdcə zərfi bölgələrimizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir – Kamran Bayramov

XƏBƏR LENTİ

“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinə start verdi

“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinə start verdi

02 Sentyabr 2025 / 18:18
7
Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib: 250-dən çox insan ölüb

Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib: 250-dən çox insan ölüb

01 Sentyabr 2025 / 9:04
9
Prezident Ərdoğan Si Cinpin ilə görüşüb

Prezident Ərdoğan Si Cinpin ilə görüşüb

31 Avqust 2025 / 13:35
5
Salyanda avtomobil su kanalına aşdı – 1 ölü, 5 xəsarət alan var

Salyanda avtomobil su kanalına aşdı – 1 ölü, 5 xəsarət alan var

31 Avqust 2025 / 13:33
12
Çin Bakının ŞƏT üzvlüyünü dəstəkləyir – Szinpin

Çin Bakının ŞƏT üzvlüyünü dəstəkləyir – Szinpin

31 Avqust 2025 / 13:20
9
Donald Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola biləcəyini istisna etmir

Donald Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola biləcəyini istisna etmir

31 Avqust 2025 / 13:14
11
Venesuela ABŞ-a xəbərdarlıq edir: Sahillərimizdən uzaq durun

Venesuela ABŞ-a xəbərdarlıq edir: Sahillərimizdən uzaq durun

31 Avqust 2025 / 9:19
19
Ukraynada keçmiş deputat qətlə yetirilib -Anbaan Video

Ukraynada keçmiş deputat qətlə yetirilib -Anbaan Video

31 Avqust 2025 / 8:50
7
İsveçdə Qəzzada törədilən soyqırıma etiraz edib-FOTOLAR

İsveçdə Qəzzada törədilən soyqırıma etiraz edib-FOTOLAR

31 Avqust 2025 / 8:42
5
BMT məruzəçisi: Heç kim təəccüblənməməlidir, İsrail Qəzzanı aclığa məhkum edib

Qəzzada aclıqdan ölənlərin sayı 332-yə çatdı -124-ü uşaqdır

31 Avqust 2025 / 8:36
13
Qırmızı Xaç: Qəzza şəhərinin boşaldılması praktiki deyil və anlaşılmazdır

Qırmızı Xaç: Qəzza şəhərinin boşaldılması praktiki deyil və anlaşılmazdır

31 Avqust 2025 / 8:27
28
Respublika Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb

28 Avqust 2025 / 15:24
41
İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib

İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib

27 Avqust 2025 / 14:09
4
Zelenski Türkiyəni göstərdi: Sülh danışıqları Ankarada keçirilə bilər – TƏHLİL

Zelenski Türkiyəni göstərdi: Sülh danışıqları Ankarada keçirilə bilər – TƏHLİL

27 Avqust 2025 / 0:04
4
Kənd turizminin inkişafına dəstək – QHT Qəbələdə maarifləndirici təlimlər keçirdi

Kənd turizminin inkişafına dəstək – QHT Qəbələdə maarifləndirici təlimlər keçirdi

26 Avqust 2025 / 23:46
18
Respublika Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illik yubileyi çərçivəsində növbəti material istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illik yubileyi çərçivəsində növbəti material istifadəçilərə təqdim edilib

26 Avqust 2025 / 17:39
35
Respublika Gənclər Kitabxanasında 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb

26 Avqust 2025 / 17:33
47
Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib

Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib

25 Avqust 2025 / 15:59
23
Mehriban Əliyeva tarixi görüşlə bağlı paylaşım etdi – Fotolar

Çağdaş dövrün görkəmli qadınının fəlsəfi portretinə ÇİZGİLƏR

26 Avqust 2025 / 21:35
72
Əlilliyi olan uşaq və gənclər üçün boccia üzrə yoldaşlıq yarışı keçirilib – FOTOLAR

Əlilliyi olan uşaq və gənclər üçün boccia üzrə yoldaşlıq yarışı keçirilib – FOTOLAR

24 Avqust 2025 / 16:26
10
Zelenskidən Putinə SƏRT MESAJ: Sülh danışıqları çıxılmaz vəziyyətə düşür

Zelenskidən Putinə SƏRT MESAJ: Sülh danışıqları çıxılmaz vəziyyətə düşür

23 Avqust 2025 / 22:11
8
Dönərdən zəhərlənmələrin əsas SƏBƏBLƏRİ: Ucuz ət, yoxsa sanitar qaydaların pozulması?

Dönərdən zəhərlənmələrin əsas SƏBƏBLƏRİ: Ucuz ət, yoxsa sanitar qaydaların pozulması?

23 Avqust 2025 / 21:53
5
Trampdan SƏRT REAKSİYA: “Əgər istefa verməzsə…” – FOTO

Trampdan SƏRT REAKSİYA: “Əgər istefa verməzsə…” – FOTO

23 Avqust 2025 / 15:50
8
Qəzzanın körpələri acından ölür

Qəzzanın körpələri acından ölür

23 Avqust 2025 / 8:01
5
Zelenski: “Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur”

Zelenski: “Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur”

23 Avqust 2025 / 7:49
6
ABŞ-ın Villanova Universitetində silahlı şəxs xəbərdarlığı

ABŞ-ın Villanova Universitetində silahlı şəxs xəbərdarlığı

22 Avqust 2025 / 8:54
5
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib

22 Avqust 2025 / 8:50
19
Ağdamın Xıdırlı kəndinə yeni köç karvanı yola düşdü -Fotolar

Ağdamın Xıdırlı kəndinə yeni köç karvanı yola düşdü -Fotolar

22 Avqust 2025 / 8:44
33
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Tramp: “Mən bu axşam küçələrdə olacağam. Təbii ki, polis və hərbçilərlə bərabər”

22 Avqust 2025 / 8:38
24
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir – FOTO

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir – FOTO

21 Avqust 2025 / 20:16
73
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.