Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılan abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
Avropa.info Axar az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.