ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub.
Avropa.info xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Qeyd olunub ki, söhbət Deyr əz-Zor əyalətində yerləşən bazadan gedir.
Bildirilib ki, bazanın ərazisində bir neçə partlayış baş verib. Mümkün dağıntılar barədə ətraflı məlumat verilməyib.
Suriyadakı ABŞ bazaları mütəmadi olaraq hücuma məruz qalır. Onlar vaxtaşırı şiə silahlı qruplarının pilotsuz təyyarələrinin hücumuna məruz qalırlar. ABŞ ordusunun İraqdakı bazaları da atəşə tutulur. Bundan əlavə, Amerika hərbi texnikası olan karvanların marşrutu boyunca əldəqayırma partlayıcı qurğulardan istifadə olunur.