Xəbər verdiyimiz kimi, Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Avropa.info xəbər verir ki, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesləri müzakirə edilib.
Türkiyə lideri Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.