AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli bu gün AXCP-dən istefa verib. O bunu öz Facebook səhifəsində paylaşıb.
Avropa.info mətni təqdim edir
Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm.
Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm.
Çıxmağımın səbəbi nədir? Xroniki boykot.
Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm.