21 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

20 Yanvar – Azərbaycanın azadlıq tarixinin şərəfli səhifəsi

Yanvar 18, 2025
Siyasət
A A

20 Yanvar xalqımızın müstəqillik və azadlıq yolunda apardığı milli istiqlaliyyət hərəkatının zirvəsidir və müasir dövrdə Azərbaycanın azadlıq tarixinin şərəfli və ilk səhifəsidir.

Azadlığına qovuşmuş hər bir xalqın tarixində müəyyən bir həlledici an, təkanverici məqam olur. 20 Yanvar faciəsi də Azərbaycan xalqının həyatında yeni bir mərhələnin – müstəqilliyə aparan yolun başlanğıcı oldu. Bir tərəfdən, bu olaylar ümumxalq faciəsidir; sovet hökuməti tərəfindən guya azad və əmin-amanlığı qorunan dinc əhali özünün hesab etdiyi ordu vasitəsilə amansızcasına qətlə yetirilmiş, haqqını tələb etdiyinə görə «cəzalandırılmışdı». Digər tərəfdən isə bu, xalqımızın öz ləyaqətini qorumaq üçün ayağa qalxaraq birləşmək qüdrətində olduğunu, hər cür qurban verməyə qadir olduğunu göstərdi, milli kimliyimizin formalaşmasına həlledici təsir göstərdi. Məhz 20 Yanvar faciəsindən sonra ölkəmizdə milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, qaçılmaz oldu və biz öz gələcəyimizin yalnız müstəqil Azərbaycanda mümkün olduğunu dərk etdik.

20 Yanvar xalqımızın müstəqillik və azadlıq yolunda apardığı milli istiqlaliyyət hərəkatının zirvəsidir və müasir dövrdə Azərbaycanın azadlıq tarixinin şərəfli və ilk səhifəsidir. 20 Yanvar tarixi və bu tarixin qurbanları xalqımızı milli müstəqillik uğrunda mübarizəyə ruhlandırdı və biz dərk etdik ki, azadlıq heç kimə bəxş edilmir, onu qanınla, canınla əldə etməlisən ki, sonra da qədrini biləsən. Qanlı Yanvar hadisələrinin ertəsi günü hələ Moskvada olarkən böyük cəsarətlə, heç nədən qorxmadan ilk rəsmi etiraz səsləndirən ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. “Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar”.

Ulu öndər xalqına qarşı törədilmiş bu soyqırımla barışmayacaqlarını elan etmiş və sözünə sadiq qalaraq 1994-cü ilin mart ayının 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilməsinə nail olmuşdu. O dövrün çətinliklərinə, siyasi çəkişmə və cəbhə bölgəsindəki gərginliklərə baxmayaraq, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev 20 Yanvar faciəsinin səbəbləri və bunun günahkarlarının araşdırılması ilə də məşğul olmuş və nəticədə bir çox həqiqətləri üzə çıxarmışdır.

Ulu öndərin siyasi varisi və Azərbaycan xalqının Prezidenti cənab İlham Əliyev də bu xətti davam etdirmiş, xalqımızın azadlığı uğrunda canından keçmiş vətəndaşlarının xatirəsini əbədiləşdirmək və onlara layiqli qiymətlərini vermək, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atmışdır. 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmişdir, bu təqaüd şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Dövlət rəhbərinin apardığı bu fəaliyyət strategiyası bu gün də davam etdirilir.

20 Yanvar faciəsindən artıq 35 il ötür. İllər ötdükcə yaralar qaysaqlanır, ağrı kütləşir və bu gün biz əziz şəhidlərimizin xatirəsini yad edərkən göz yaşlarımızı boğaraq, başımızı dik tuta bilirik, onların qanlarının batmadığından qürur duyuruq və bizi birliyə, özümüzə inama qaytardıqlarına və müstəqilliyimizə qovuşdurduqlarına görə onlara Allahdan rəhmət diləyirik. Onların əziz xatirələrini qəlbimizdə daim yaşadacağıq.

Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı

 

Əvvəlki Yazı

İranın keçmiş prezidenti Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Növbəti Yazı

Metroda səs-küy salan şəxs 30 sutka həbs edildi

XƏBƏR LENTİ

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XİN: Daha 16 soydaşımız Suriyadan Azərbaycana gətirildi

20 İyul 2026 / 18:11
5
Ermənistan “Sezar”ı sınaqdan keçirir

Ermənistan “Sezar”ı sınaqdan keçirir

20 İyul 2026 / 18:00
3
Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

20 İyul 2026 / 17:18
3
Qazaxda ata və qızı göldə batdi

Qazaxda ata və qızı göldə batdi

20 İyul 2026 / 17:10
2
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyi təbrik edib

20 İyul 2026 / 15:02
5
Ədliyyə Naziri Fərid Əhmədov Pakistanin Ədliyyə üzrə dövlət Naziri Aqil Malikin ilə görüşüb -Fotolar

Ədliyyə Naziri Fərid Əhmədov Pakistanin Ədliyyə üzrə dövlət Naziri Aqil Malikin ilə görüşüb -Fotolar

20 İyul 2026 / 14:54
10
Hoteldə 42 yaşli kişi ölu tapildi

Hoteldə 42 yaşli kişi ölu tapildi

20 İyul 2026 / 14:40
2
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev:“Seçicilərim içərisində yanıma ən çox gələnlər sahibkarlar və yeni iş qurmaq istəyən şəxslərdir”

20 İyul 2026 / 13:36
77
Bakıda mağazada döyülən qadın danışdı – Video

Bakıda mağazada döyülən qadın danışdı – Video

20 İyul 2026 / 13:27
20
Ermənistan Zəngəzur  dəhlizində yol təmir işlərinə başladı

Ermənistan Zəngəzur dəhlizində yol təmir işlərinə başladı

20 İyul 2026 / 12:43
1
Vüqar Dadaşov:”Nizami, Füzuli və Nəsimi irsi bəşəriyyətin mənəvi sərvətidir”

Vüqar Dadaşov:”Nizami, Füzuli və Nəsimi irsi bəşəriyyətin mənəvi sərvətidir”

20 İyul 2026 / 12:17
136
Ukraynadan yeni hədəf- Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı

Rusiya ordusu Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub – 10 həlak olub

20 İyul 2026 / 12:06
3
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Daha bir gənc dənizdə batib

20 İyul 2026 / 12:00
1
Tennis Akademiyasında ölüm hadisəsi baş verib

Tennis Akademiyasında ölüm hadisəsi baş verib

20 İyul 2026 / 11:54
17
Keyne qardaşı Yamalın məşhurluğuna yenə ortaq oldu -Fotolar

Keyne qardaşı Yamalın məşhurluğuna yenə ortaq oldu -Fotolar

20 İyul 2026 / 11:34
6
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:”Bu gecə onlara daha bir güclü zərbə endirəcəyik”

20 İyul 2026 / 10:15
1
Meksikada güclü zəlzələ baş verib

İranin Kirmanşah vilayətində iki güclü zəlzələ baş verib

20 İyul 2026 / 10:11
1
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

20 İyul 2026 / 10:07
1
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur

20 İyul 2026 / 10:03
1
Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

20 İyul 2026 / 9:54
2
ChatGPT suallara cavab verməyi dayandırdı

ChatGPT suallara cavab verməyi dayandırdı

20 İyul 2026 / 9:46
2
Vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub

Vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub

20 İyul 2026 / 9:41
9
Cəlilabadda avtomobil azyaşini vurub

Cəlilabadda avtomobil azyaşini vurub

20 İyul 2026 / 9:36
1
Ukrayna ordusu Belarus üçün “məhvetmə zonası” yaradır

Ukrayna ordusu Belarus üçün “məhvetmə zonası” yaradır

20 İyul 2026 / 9:17
1
Svetlana Jurova:”Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək”

Svetlana Jurova:”Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək”

20 İyul 2026 / 9:11
1
Lamin Yamal Ronaldo, Mbappe və Messiyə qalib gələrək DÇ qazandı – Fotolar

Lamin Yamal Ronaldo, Mbappe və Messiyə qalib gələrək DÇ qazandı – Fotolar

20 İyul 2026 / 8:59
4
Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

20 İyul 2026 / 8:49
1
Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

19 İyul 2026 / 21:44
4
Odessada həlak olan gəmi kapitanı dəfn edildi

Odessada həlak olan gəmi kapitanı dəfn edildi

19 İyul 2026 / 10:21
12
Qeyri-sabit hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qeyri-sabit hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

19 İyul 2026 / 10:07
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.