Bu, Avropa ilə Qafqaz arasında əməkdaşlığı daha da dərinləşdirəcək - AÇIQLAMA

  • 17:55 - 09 May

"Yürüdülən uğurlu xarici siyasət nəinki  ölkəmizin dinamik inkişafı, regional, qlobal əməkdaşlığa töhfələr verir, eyni zamanda Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb və qazandırmaqdadır. Yürüdülən siyasətin nəticəsidir ki,  ölkəmizin  Avropa İttifaqı  məkanına daxil olan ölkələrlə  inkişaf etməkdədir".  

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki,  Avropa İttifaqına üzv ölkələrlə Azərbaycan arasındakı əməkdaşlıq münasibətlər  yeni mərhələyə qədəm qoyub: "Bu əməkdaşlıq münasibətləri keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Belə ki, Azərbaycan Aİ-yə daxil olan ölkələrlə  çoxtərəfli formatla yanaşı, ikitərəfli formatda da  əlaqələrini strateji tərəfdaşlıq  səviyyəsinə qaldırmağı qarşısına hədəf qoyub. Bu hədəflərə də nail olmaqdadır. Son günlərdə Slovakiyanın baş naziri Robert Fitso və Bolqarıstan prezidenti Rumen Radevin ölkəmizə səfəri, keçirilən görüşlər, imzalanan  sənədlər bunun barzi nümunəsidir. Bu səfərlər   həm qarşılıqlı, həm də  regional əməkdaşlıq baxımdan  siyasi tarixi əhəmiyyət kəsb edir.

Xüsusən də səfərin nəticəsi olaraq hər iki ölkə ilə imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədir ki,   bu sənəd  ölkələrimiz arasındakı gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

İmzalanan sənədlərdən də görünür ki, gələcək qarşılıqlı əməkdaşlığı  inkişaf etdirmək üçün çox böyük potensial mövcuddur. Bu əməkdaşlıq təkcə Azərbaycanın Bolqarıstan və ya Slovakiya ilə əlaqələrin inkişafına deyil,  bütövlükdə Qafqaz regionu ilə  Cənub-Şərqi Avropa və Mərkəzi Avropa  ilə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Bundan da bütün tərəflər qazanacaq".

O əlavə edib ki, Aİ ölkələrinin Azərbaycanla  sıx əməkdaşlıq etməkdə marağı cənab Prezident İlham Əliyevin nüfuzu ilə bağlı olan məsələdir: "İsətr Slovakiyanın baş naziri, istərsə də Bolqarıstan prezidenti  Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki  xüsusi liderlik qabliyyətinə və nüfuza malik olduğunu xüsusi ilə qeyd etdilər.   Slovakiyanın baş naziri Robert Fitso cənab İlham Əliyevin fəaliyyətindən nümunə götürdüyünü qeyd edərək bildirdi: "Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm.

Sizin suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən bu praktikanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin". Azərbaycan Prezidenti haqqında təkcə o deyil, digər Avropa ölkələrinin liderləri səsləndirib. Bu, bir daha cənab İlham Əliyevin necə dünyasəviyyəli lider olduğunu və xalqımız onun liderliyi altında Azərbaycanın  çoxsaylı uğurlara imza atacağına əmin olur".

Avropa.info


Oxunma sayı: 2322

Oxşar yazılar