Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

  • 15:24 - 20 May

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir".

Avropa.info oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı pulmonoloq Aleksey Nikişenkov məlumat verib.

"Eelektron siqaret bədəndə nikotinin konsentrasiyasını daha da artırır", - deyə Nikişenkov bildirib.

Onun sözlərinə görə, nikotinin orqanizmə həddindən artıq qəbulu mərkəzi sinir sisteminə mənfi təsir göstərir:

"Bu səbəbdən baş ağrıları, nevrozlar, əllərin titrəməsi artır. Ümmumiyyətlə, elektron siqaret ürək-damar sistemi, qan təzyiqi, nəbz və birbaşa ürəyə mənfi təsir edir".

Avropa.info


Oxunma sayı: 1882

Oxşar yazılar