17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Zərdabda Polis Günü Təntənəli Qeyd Edilib -Fotolar

İyul 2, 2026
Manşet
A A

02 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir təşkil olunub.

Avropa.info xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Salayev, Rayon Prokuroru Zaur Əliyev,DXT-nin Zərdab rayon şöbəsinin rəisi, rayonun polis əməkdaşları və polis veteranları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar. Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Salayev Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik məktubunu polis əməkdaşlarının diqqətinə çatdırıb. R.Salayev çıxışında daxili işlər orqanlarının yaranma tarixi və keçdiyi inkişaf mərhələləri barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi yüksək diqqət və qayğının polis sisteminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, yarandığı gündən etibarən şərəfli inkişaf yolu keçən Azərbaycan polisi bütün dövrlərdə dövlətə və xalqa sədaqətlə xidmət edib, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə müasir əsaslar üzərində formalaşaraq güclənib və dövlətçiliyin etibarlı sütunlarından birinə çevrilib. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmləndirilir, əməkdaşların sosial müdafiəsi gücləndirilir və onlar vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması istiqamətində üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər.
Daha sonra çıxış edən rayon prokuroru Zaur Əliyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. O bildirib ki, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq rayonda qanunun aliliyinin təmin olunmasına, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına mühüm töhfə verir. Rayon prokuroru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daim təkmilləşdirildiyini vurğulayaraq, gələcəkdə də birgə fəaliyyətin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Digər çıxış edənlər daxili işlər orqanlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək buna görə minnətdarlıqlarını ifadə ediblər. Onlar bundan sonra da xidməti vəzifələrini layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən də xidmətdə əldə etdikləri nailiyyətlərə görə bir qrup polis əməkdaşı təltif edilib.
Avropa.info

Əvvəlki Yazı

Ukrayna daha bir Rusiyanın neft emalı zavodunu vurdu

Növbəti Yazı

Azərbaycan daxili işlər orqanına kimlər rəhbərlik edib?

XƏBƏR LENTİ

Tramp: “Türkiyə ABŞ üçün çox yaxşı tərəfdaşdir”

Bilgəh çimərliyində 45-50 yaşi kişi meyiti tapıldı

17 İyul 2026 / 12:58
1
Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:52
2
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

17 İyul 2026 / 11:47
2
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

17 İyul 2026 / 11:41
2
Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

17 İyul 2026 / 11:35
5
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:26
5
Deputat Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Deputat Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

17 İyul 2026 / 11:11
122
Ukrayna  dronlarla Rusiyaya kütləvi hücum etib

Ukrayna dronlarla Rusiyaya kütləvi hücum etib

17 İyul 2026 / 11:01
1
Xankəndində güclü yanğın baş verib

Xankəndində güclü yanğın baş verib

17 İyul 2026 / 10:36
1
Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

17 İyul 2026 / 10:29
5
Oğuzhan Uğur həps edildi

Oğuzhan Uğur həps edildi

17 İyul 2026 / 10:21
6
Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

ABŞ İrana zərbələr endirdi İran qarşiliq verdi

17 İyul 2026 / 10:02
1
Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

17 İyul 2026 / 9:30
1
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

17 İyul 2026 / 9:07
1
İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

17 İyul 2026 / 9:01
2
ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

17 İyul 2026 / 8:16
1
ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

17 İyul 2026 / 8:08
1
I kurs tələbəsi vəfat etdi

I kurs tələbəsi vəfat etdi

17 İyul 2026 / 7:48
5
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
9
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
52
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
3
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.