Mədəniyyət

Yazıçı Aygün Bal ilə məktəblilərin görüşü keçirilib

7 May 2025, 19:5190
Reklam728x90
Reklam320x100

F.Köçərli adına Respublika Uşaq KitabxanasındaYazıçı Aygün Bal ilə məktəblilərin görüşü keçirilib.

Avropa.info xəbər verir ki, 7 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında şairə Aygün Bal ilə 177 nömrəli məktəbin şagirdlərinin görüş təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin birgə səsləndirilməsi ilə başlayıb. Daha sonra kitabxananın direktoru Şəhla Qəmbərova yazıçının uşaq ədəbiyyatına verdiyi töhfələr barədə məktəblilərə geniş məlumat verib.
Görüş zamanı Aygün Bal “Meşədə əlifba bayramı” adlı şeirlər kitabı haqqında ətraflı danışaraq əsərin məzmunu və yazılma məqsədi barədə fikirlərini bölüşüb. Kitabda müəllifin uşaqlar üçün qələmə aldığı mənzum poema və şeirlər toplanıb.
Səmimi atmosferdə keçən tədbir məktəblilərin şairənin şeirlərini böyük həvəs və sevinc hissi ilə səsləndirmələri ilə başa çatıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600