16 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

Yanvar 19, 2025
Manşet
A A

“35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Müasir tariximizin dərin kədər, eyni zamanda, böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin minnətdarlıqla yad edirik”.

Avropa .info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı yaydığı Bəyanatında deyilir.

Bildirilib ki, ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

“Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və ümummilli liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu. Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi. Müstəqillik tariximizə dərin iz salan 20 Yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik! Yaşasın Azərbaycan!”, – deyə Bəyanatda vurğulanıb.

Əvvəlki Yazı

20 Yanvar faciəsinə həsr olunmuş “Əbədiyaşarlar” adlı sərgi keçirilib – FOTO

Növbəti Yazı

“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır”-Robert Fiko

XƏBƏR LENTİ

Rusiya Silahlı Qüvvələri Kiyev vilayətində logistika mərkəzinə zərbələr endirib

Səudiyyə Ərəbistanı Husilərin Məkkə ətrafında pilotsuz uçan aparat hücumunu pisləyib

16 Sentyabr 2026 / 19:05
11
Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

Rusiya: Avropa qoşunları Ukraynaya yerləşdirilsə, bu, birbaşa müharibə elanı olacaq

16 Sentyabr 2026 / 18:57
11
Britaniyanın xarici işlər naziri Milibend: “İsrail hökuməti dostlarını itirir”

Britaniyanın xarici işlər naziri Milibend: “İsrail hökuməti dostlarını itirir”

16 Sentyabr 2026 / 16:49
10
Yaxın Şərqdəki gərginlik Almaniyada benzinin qiymətini tarixi səviyyəyə çatdırıb

Yaxın Şərqdəki gərginlik Almaniyada benzinin qiymətini tarixi səviyyəyə çatdırıb

16 Sentyabr 2026 / 14:14
12
AB-dən Kanadaya ilk “assosiativ üzv” təklifi

AB-dən Kanadaya ilk “assosiativ üzv” təklifi

16 Sentyabr 2026 / 14:09
11
Katz:Qəzzaya hərtərəfli hücum an məsələsidir

Katz:Qəzzaya hərtərəfli hücum an məsələsidir

16 Sentyabr 2026 / 14:04
18
“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırmalara başlanılıb

“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırmalara başlanılıb

16 Sentyabr 2026 / 14:00
16
Hörmüz boğazındakı böhran AB-nin qalıq yanacaq hesabını 90 milyard avro artırdı

Hörmüz boğazındakı böhran AB-nin qalıq yanacaq hesabını 90 milyard avro artırdı

16 Sentyabr 2026 / 13:50
4
Peskov: Yaponiya Rusiya Federasiyasına qarşı qeyri-dost mövqe tutur

Peskov: Yaponiya Rusiya Federasiyasına qarşı qeyri-dost mövqe tutur

16 Sentyabr 2026 / 13:46
6
“Balaca səyyah” səhnə səyahətinə hazırlaşır – FOTOLAR

“Balaca səyyah” səhnə səyahətinə hazırlaşır – FOTOLAR

16 Sentyabr 2026 / 12:29
13
Respublika Uşaq Kitabxanasında yeni e-resurslar istifadəçilərə təqdim edilib

Respublika Uşaq Kitabxanasında yeni e-resurslar istifadəçilərə təqdim edilib

16 Sentyabr 2026 / 12:08
29
Razi Nurullayev:”Türkiyənin daxili siyasi həyatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”

Razi Nurullayev:”Türkiyənin daxili siyasi həyatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”

16 Sentyabr 2026 / 11:57
58
Qırmızı bülletenlə axtarılan şübhəli İstanbulda tutuldu

Qırmızı bülletenlə axtarılan şübhəli İstanbulda tutuldu

16 Sentyabr 2026 / 10:41
16
Vulin: Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Vulin: Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

16 Sentyabr 2026 / 10:05
5
Trampa sui-qəsd edən hücumçunun bir gün əvvəl atəş açdığı məlum olub

Trampa sui-qəsd edən hücumçunun bir gün əvvəl atəş açdığı məlum olub

16 Sentyabr 2026 / 9:59
11
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib-Fotolar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib-Fotolar

16 Sentyabr 2026 / 9:46
4
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib

16 Sentyabr 2026 / 9:40
11
İran İnqilab Keşikçiləri: MQ-9 tipli PUA Hörmüz boğazındakı Qeşm adasında vurulub

İran İnqilab Keşikçiləri: MQ-9 tipli PUA Hörmüz boğazındakı Qeşm adasında vurulub

16 Sentyabr 2026 / 9:36
9
Kosmosda müharibə təhlükəsi: Rusiyadan ABŞ-a güclü reaksiya

Kosmosda müharibə təhlükəsi: Rusiyadan ABŞ-a güclü reaksiya

16 Sentyabr 2026 / 9:18
10
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:“Qərbi Azərbaycandakı Azərbaycan tarixi və mədəni izlərinin dağıdılması kollektiv yaddaşdan silinə bilməz”

16 Sentyabr 2026 / 9:11
87
KNBC helikopteri yol qəzası barədə məlumat verərkən qəzaya uğrayıb, 3 nəfər ölüb- Foto -Video

KNBC helikopteri yol qəzası barədə məlumat verərkən qəzaya uğrayıb, 3 nəfər ölüb- Foto -Video

16 Sentyabr 2026 / 8:38
7
Hikmət Hacıyev BƏƏ-nin Dövlət Naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb-Foto

Hikmət Hacıyev BƏƏ-nin Dövlət Naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb-Foto

16 Sentyabr 2026 / 8:24
7
Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu

Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu

16 Sentyabr 2026 / 8:14
6
Ehtiram Mehtiyev:”Ermənistan Azərbaycan ərazisindəki bəzi abidələri öz tarixi irsi kimi təqdim etməyə çalışır”

Ehtiram Mehtiyev:”Ermənistan Azərbaycan ərazisindəki bəzi abidələri öz tarixi irsi kimi təqdim etməyə çalışır”

16 Sentyabr 2026 / 8:01
74
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

Husilər müsəlmanların ən müqəddəs şəhərinə hücum etməyə cəhd ediblər

16 Sentyabr 2026 / 6:58
8
Ermənistan Mərkəzi Bankı Rusiya qazının bahalaşmasını apokalipsislə müqayisə edib

Ermənistan Mərkəzi Bankı Rusiya qazının bahalaşmasını apokalipsislə müqayisə edib

16 Sentyabr 2026 / 6:53
6
Fələstin torpaqlarını qəsb edən  israillilər Qalileydə qeyri-qanuni qəsəbə salıblar

Fələstin torpaqlarını qəsb edən  israillilər Qalileydə qeyri-qanuni qəsəbə salıblar

16 Sentyabr 2026 / 6:42
14
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

İranın xarici işlər naziri Erakçinin “ABŞ-ın hərbi itkiləri” ilə bağlı bəyanatı

16 Sentyabr 2026 / 1:09
9
Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

 Rusiya: Trampın “enerji atəşkəsi” təklifi konkret addımlarla dəstəklənməlidir

16 Sentyabr 2026 / 1:05
7
WP: Tramp administrasiyası İsrailə 2,8 milyard dollar dəyərində 40 min bomba satmağa hazırlaşır

WP: Tramp administrasiyası İsrailə 2,8 milyard dollar dəyərində 40 min bomba satmağa hazırlaşır

16 Sentyabr 2026 / 0:54
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.