Mədəniyyət

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026, 23:2166
Reklam728x90
Reklam320x100

18 fevral 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Solmaz Amanova ilə İdrak Liseyinin şagirdləri arasında yaddaqalan görüş təşkil olunub.
Avropa.info xəbər verir ki, Görüş zamanı yazıçı müəllifi olduğu “Şuşa”, “Turac” və “Gözün ayda olsun” kitabları haqqında ətraflı məlumat verərək əsərlərin yaranma ideyası, mövzusu və qəhrəmanları barədə danışıb. Şagirdlər yazara ünvanladıqları suallarla əsərlərdəki hadisə xətti və obrazlar haqqında maraqlı müzakirələr aparıb, öz təəssüratlarını bölüşüblər.
Tədbir çərçivəsində yazıçı kitablarının elektron versiyalarını, əsərləri əsasında hazırlanmış animasiyaları və interaktiv oyunları təqdim edib. Bu təqdimatlar şagirdlərin xüsusi marağına səbəb olub və görüşü daha da rəngarəng edib.
Görüşün keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, onların təfəkkürünün inkişaf etdirilməsi, ədəbiyyata marağın artırılması və cəmiyyətdə kitabın rolunun daha da gücləndirilməsidir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600