16 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin -FOTOLAR

Mart 6, 2025
Dünya, Redaktorun Seçimi
A A

Min illər ərzində Türkiyənin ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılmışdır. Türkiyədə hər bir bölgənin özünəməxsus xüsusiyyətləri – etik dəyərləri, yaşam tərzi və qaydaları var. Türkiyəni tanımaq bu bölgələrin tanıtımından başlayır. Türkiyənin tarixində özünəməxsus yeri olan Mardin haqqında oxucularımıza bu yazımızda məlumat verəcəyik.

Mardin Türkiyənin böyük əyaləti və əhalisinin sayına görə iyirmi altıncı olan bir şəhəridir. 2021-ci il statistikasına görə Mardinin əhalisi 862,757 nəfərdir. Mardin Cənub-Şərqi Anadolu Bölgəsinin Dəclə vadisində yerləşir. Bu bölgə Suriya ilə həmsərhəddir.

Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin, mədəniyyətlərin birləşdiyi poetik şəhərlərindən biridir. Ziyarət edənlərdə memarlıq, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını bağışlayır. Minlərlə illik tarixi qalıqlarla iç-içə girmiş kimsəsiz məzarları, kənd evlərinin altındakı kilsələri, monastırları, məscidləri, qalaları, daş evləriylə yalnız Türkiyənin deyil, dünyanın ən maraqlı və təəccüblü yerlərindən biri olan Mardində insanlar demək olar ki, hər şeyə təəccüblə baxır. Dar küçələrində gəzməyə başladığınız zaman özünüzü 1500 il əvvələ getmiş kimi hiss edirsiniz. Sanki bir zaman maşınının içində keçmişə gedib gəlirsiniz. Mardin şəhəri keçmişi və müasirliyi özündə birləşdirir.

Mardin daşın və inancın şəhəri kimidir. Möhtəşəm daş işləməli evləri, hər kəsin ürəyincə gəzdiyi bazarları, dar və pilləkənli küçələri, kilsələri, mədrəsələri, damlarda göyərçin bəsləyən istiqanlı və zarafatcıl insanları, möhtəşəm yeməkləri ilə görə biləcəyiniz ən mifoloji və ən sirli şəhərlərdən biridir.
Mardin adı ərəb mənbələrində Mâridin, suriyalı mənbələrdə isə Marde kimi qeyd olunur. Sözün mənşəyi haqqında müxtəlif fikirlər var. Bəzi fikirlərə görə, Mardin sözü III əsrdə Ərdəşirin burada məskunlaşdığı döyüşçü tayfası Mardesdən gəlir. Bəzi mülahizələrə görə, “Qalalar” mənasını verən Merdindən gəlir. Bu gün istifadə edilən ad ərəb mənbələrində qeyd olunan Maridindən gəlir.

Mardin vilayətində tarixin qədim dövrünə aid tapıntılar var. Artuklu Universiteti şəhərciyindəki Hırbe Helale yaşayış məskənində aparılan qazıntılar zamanı tapılan daşlar Paleolit ​​dövrünə aid edilir. Neolit ​​dövrünə aid tapıntılar Dargeçit rayonunun İlisu yaxınlığında yerləşən Boncuklu Tarla yaşayış yerindən tapılıb. Gene Derik qəsəbəsindəki Kerküşti Höyükdə aparılan qazıntılar nəticəsində Kalkolit dövrünə aid qalıqlar aşkar edilib. Kemaliye kurqan və Tilki Təpə kurqanlarında da Xalkolit dövrü keramikalarına rast gəlinmişdir. Nusaybin rayonundakı Girnavaz Höyükdə erkən tunc dövrünə aid qalıqlar tapılmışdır. Bundan əlavə, bölgədə 36 kurqanda tunc dövrünün müxtəlif dövrlərinə aid tapıntılar aşkar edilmişdir. Bu dövrə aid tapıntılar Mardin-Nusaybin yolu üzərindəki Gırharrin Höyük, Mardin dağlarının cənubundakı Girnavaz və Yuxarı Dəclə hövzəsində Giricano, Kavusan Höyük, Siirt Türbe kurqan, Üçtəpə, Visittəpə və Qre Dimse kurqanlarında da rast gəlinir. Tarixi abidələrlə zəngin olan Mardində istənilən tarixi dövrə aid abidələrə rast gəlmək mümkündür. Mardini dünyanın açıq muzeyi də adlandırmaq olar. Bütün inanclara aid olan tarixi abidələrlə zəngin bu bölgə məhz bu səbəbdən turistlərin sevimli məkanına çevrilib.

Mardin, yalnız Cənub-Şərqi Anadolu bölgəsi deyil, dinlərin, dilləri və mədəniyyətlərini ortaq məxrəcədə birləşdirən Türkiyənin ən xüsusi qorunan yerlərindən biridir. Keçmişözündə əks etdirən bu qədim bölgədə indi də bu sivilzasiyanın izlərini özündə qoruyur. Kilsələr, şüşə evlər, maraqlı bir arxitektura olan kənd evləri, ərazi məzarları, mərtəbəli və daş evlər demək olar ki, Mardində saysız hesabsızdır. Yolunuzu bu bölgəyə salsanız , gəzməklə qurtarmayacaq bir tarixlə üz-üzə qalacaqsınız. Mədəni irs, tarixi dəyərlər, təbii gözəlliklər və sükunətli küçələrə sahib olursunuz. Səfər zamanı müxtəlif insanlarla görüşüb danışa uzun müddət söhbət etmək imkanı əldə edəcəksiniz.
Minillik tarixi özündə əks etdirən Mardində rəngli, gözal tarixi alış-veriş məkanlarını görmək mümkündür. Beləliklə Mardini ziyarət etməklə tanış ola biləcyiniz ən gözəl məkanları diqqətinizi çatdırırıq.

Mardin Evləri

Dünyada daş sənətkarlığının ən möhtəşəm əsərlərindən biri sözsüz ki, Mardindəki Daş evlərdir. Orta Əsr memarlığına aid daş evləri Mardinin ən yerlər siyahınızın ilk sırasında yer alır. Bölgədə asanlıqla yerləşən sarı əhəngdaşı daşından düzəldilmiş Mardin evlərinin ən böyük özəlliyi evlərin qışda isti, yayda sərin olmasıdır. Tuya Dağı yamaclarındakı dar küçələrdə gəzərkən görəcəyiniz evlərin görkəmi, divarlarına işlənən bəzəmələr bu evlərə daha da gözəllik qatır.

Ulu Cami

Mardindəki daha bir möhtəşəm tarixi məkan Bazar içərisindəki Ulu Camidir. Caminin hansı tarixi dövrdə və memar tərəfindən tikildiyi məlum deyil. Mardinin ən qədim məscidi hesab edilən bu möhtəşəm tikili , 2 minarəli olaraq inşa edilmişdir. Ağqoyunlu, Məmlük və Osmanlı dövrlərində tarixi aşınmalara məruz qalan məscid indiki görkəminə 1967-ci ildə sahib olub. Bu məsciddə onu qoruyan və xidmət edən 10 səhabələrinin adları yazılıb.

Mardin qalası

“Qartal Yuvası” adlandırılan Mardin Qalasının X əsrdə inşa edildiyi qeyd edilir. Tarixi dəyəri qədər mənzərəsilə da sizləri ovsunlayacaq olan qala, görkəmi və möhkəmliyi bir çox şairə ilham qaynağı olmuşdur. Bir neçə dəfə güclü zəlzəyə davam gətirən bu məşhur qala yerli sakinlər tərəfindən məhz buna görə Qartal yuvası adlandırılır.

Mardin Muzeyi

Osmanlılara qədər bölgəyə hakim olan mədəniyyətlərə aid tapıntıların nümayiş etdirdiyi Mardin Muzeyi, 1942-ci ildə yaradılmışdır. 1995-ci ildən bəri fəaliyyət göstərdiyi binası isə 1895-ci ildə Antakya Patriarxı Ignatios Bəhram Banını tərəfindən Süryani Katolik Patriarxlığı kimi inşa edilib. Arxeologiya və etnoqrafiya olmaq üzrə 2 fərqli hissəni özündə əks etdirən muzeydə tarixi əhəmiyyətə malik əşyalar nümayiş etdirilir.

Dara xarabalıqları

Mardində turistlərin ən sevimli yerlərindən biri olan , dünyanın ən qədim şəhərlərindən biri Dara Mezopotamiya xarabalıqlarıdır. Mardinin cənub-şərqində 30 km uzaqlıqdadır. Bura köhnə Mesopotamiya bölgəsinin ən məşhur şəhəridir. Dara şəhəri qalıqları qayalar içində ətrafı 8-10 kilometri əhatə edən geniş bir sahəyə yayılmışdır. Buralarda mağara evlər vardır. Şəhər qalıqları içində kilsə, saray, bazar və anbarları, zindan, Tophane və su bəndi hələ də nəzərə çarpır.

Zinciriye Mədrəsəsi

Tarixi görünüşünə və tikinti arxitekturasına görə seçilən Zinciriye Mədrəsəsi 1385-ci ildə inşa edilib. Tarixi araşdırmalaragörə bu mədrəsi həmin dövrdə bu ərazini işğal edən moğollar tərəfindən inşa edilib. Əlverişli mövqeyinə görə keçmişdə bu yer rəsədxana kimi istifadə edilib.

Kırklar Kilsəsi

Təkkə Mahallesidəki Altunboğa Mədrəsəsi, Məlik Mənsur Əhməd Kiçik dövründə vəzirlik edən Altun Buğa tərəfindən 1364-ci ildə inşa edilib.

Mardin çarşı

Zəngin mədəniyyəti özündə əks etdirən Mardində həm də gözəl çarşı bazarlar var. Mardindəki məşhur çarşı da öz tarixi və ənənəsi ilə turistlərin ən sevimli məkanlarından biridir.

Avropa.info



Əvvəlki Yazı

İtkin düşən landşaft memarı Ece Gürel tapıldı

Növbəti Yazı

Keçmiş prokurorun 39 yaşlı oğlu özünü asib

XƏBƏR LENTİ

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
13
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
8
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
3
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
11
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
1
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
1
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
8
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
117
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2026 / 11:27
9
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

15 İyul 2026 / 10:22
1
Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

15 İyul 2026 / 9:46
5
Argentina-Misir oyununda hakim ədalətsizlikləri – Video

İspaniyanin rəqibi bu gün bəlli olacaq

15 İyul 2026 / 9:30
2
Ceyms Cey Karafano:”Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib”

Leon Aron:”Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə bilər”

15 İyul 2026 / 9:21
1
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

15 İyul 2026 / 9:07
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.