Dünya

Tiblisidə Aksiyalar davam edir-saxlanilanlar var

7 Dekabr 2024, 11:007
Reklam728x90
Reklam320x100

Ötən gecə Tbilsidə keçirilmiş etiraz aksiyasında 48 nəfər saxlanılıb.

Avropa .info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər xırda xuliqanlıq əməlləri törədib və polisin qanuni tələblərinə tabe olmayıblar.

Qeyd olunub ki, bəzi aksiya iştirakçılarının hərəkətləri zorakı xarakter alıb. Ağaca bağlanmış pirotexniki vasitə DİN əməkdaşlarının tərəfinə buraxılıb, polislər şifahi təhqirlərə məruz qalıb, onlara daş parçaları və digər ağır əşyalar atılıb.

Nazirlikdən həmçinin bildirilib ki, istintaq tədbirləri nəticəsində qrup halında zorakılıqda iştirakda ittiham edilən daha iki nəfər saxlanılıb. Onlardan biri xarici ölkə vətəndaşıdır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600