Britaniya Hörmüz boğazının bağlanması səbəbindən tənəzzüllə üzləşib.
Britaniya Hörmüz boğazının bağlanması səbəbindən tənəzzüllə üz-üzədr.
Hörmüz boğazı 2027-ci ilin yazına qədər bağlı qalsa, Britaniya iqtisadiyyatı tənəzzül riski ilə üzləşəcək.
Avropa.info xəbər verir ki, bu proqnozu EY konsaltinq şirkətinin hesabatına istinadən “The Daily Telegraph” dərc edib.
Analitiklərin fikrincə, İran və ABŞ arasında münaqişə uzanarsa, Böyük Britaniyanın ÜDM-i 2027-ci ildə 0,2% azala, ilk iki rüb mənfi artımla başa çata bilər. Belə bir ssenaridə inflyasiya 6,4%-ə qədər yüksələ bilər – cari səviyyədən iki dəfə çox.
Mart ayında keçmiş maliyyə naziri Rachel Reeves 2026-cı ildə ÜDM artımını 1,1%, 2027-ci ildə isə 1,6% proqnozlaşdırmışdı. EY-nin proqnozu bu təxminlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
SSRİ dövründə hərbçilər yadplanetlilər üçün “tor” çəkdilər: ölkə 13 il ərzində yad qonaqları gizli şəkildə necə axtarıb və öyrənib.
İyun ayında ABŞ və İran hərbi əməliyyatları dayandırmaq üçün memorandum imzalayıb. Lakin iyulun 8-də Vaşinqton Tehranı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, İran hədəflərinə irimiqyaslı hücumları bərpa edib. Amerika tərəfinin sözlərinə görə, pozuntular Hörmüz boğazında naviqasiya məsələləri ilə bağlıdır. Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp avqustda İranla sülh danışıqlarına başlayacağını açıqlamışdı.






























