10 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Tehranda Azərbaycan türkcəsinin 22 illik səsi – “Xudafərin”

Avqust 31, 2026
Ölkə
A A

Avropa.info “Xudafərin” dərgisinin Baş redaktoru Dr. Hüseyn Şərqidərəcək Soytürklə                                 müsahibəni təqdim edir:

– “Xudafərin” dərgisinin yaranmasını zəruri edən tarixi şərait barədə fikirlərinizi  eşitmək istərdik.

-İranda yaşayan milyonlarla Azərbaycan türkünün öz ana dillərində mətbuat orqanlarına, ədəbi və elmi jurnallara ehtiyacı tarixən həmişə yüksək olmuşdur. 1979-cu il İslam İnqilabından sonra ölkə konstitusiyasının 15-ci maddəsinə əsasən yerli dillərdə mətbuatın və ədəbiyyatın nəşrinə qismən hüquqi imkanlar yaradılsa da, bu sahədə davamlı və uzunömürlü dərgi buraxmaq böyük maliyyə, intellektual və ictimai cəsarət tələb edirdi.Məhz belə bir şəraitdə, XXI əsrin əvvəllərində — 2004-cü ilin sentyabr ayında Tehranda [مجله خداآفرین](https://www.khudafarin.ir/) (Xudafərin) adlı aylıq mədəni, sosial və elmi jurnal nəşrə başladı. Jurnalın adı simvolik olaraq Araz çayı üzərində yerləşən, tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən mənəvi rəmz -Xudafərin körpüsündən götürülmüşdü. Bu dərgi, sadəcə bir informasiya vasitəsi deyil, Tehran və ətraf regionlarda yaşayan azərbaycanlıların milli intibah, dil və mədəniyyət ehtiyaclarını qarşılayan fundamental platforma kimi layihələndirilmişdi.

– Dərginin tirajı, oxucularının sayı haqqında da məlumat verməyinizi xahiş edərdik.

–Tehranda nəşr olunan “Xudafərin” jurnalı Cənubi Azərbaycanın ən uzunömürlü, genişmiqyaslı mədəni, elmi və ictimai nəşrlərindən biridir. 7 illik mücadilədən sonra 2004-cü ilin payızında ilk dəfə 10 min tirajla oxucuların görüşünə gələn bu dərgi 23 ildir ki, müntəzəm şəkildə ayda bir dəfə nəşr olunur, İranda türkcə nəşr olunan ən uzunömürlü mətbuat orqanıdır. Dərginin  saytı da var  və oxucularının sayı 500 minə çatır. Dərgi   İrandakı Azərbaycan türklərinin milli-mədəni kimliyini qorumaq, ana dilini inkişaf etdirmək və quzeyli-güneyli ədəbi körpüləri möhkəmləndirmək missiyasını öz üzərinə götürmüşdür.

– Hörmətli Hüseyn Soytürk,  bilirik ki, “Xudafərin” dərgisinin arxasında duran ən mühüm mühərrik onun təsisçisi və baş redaktoru, tanınmış ziyalı, araşdırmaçı, doktor Hüseyn Şərqidərəcək Soytürkdür- Sizsiniz. Sizin rəhbərliyinizlə redaksiya heyəti İranda ana dilli mətbuatın təcrübəsizlikdən irəli gələn çətinliklərinə və qadağalara sinə gərməyi bacarmışdır. Dərginin ətrafında toplaşan o taylı-bu taylı ziyalılar haqqında nə demək istərdiniz?

– Jurnalın ətrafında həm Cənubi Azərbaycandan (Təbriz, Ərdəbil, Urmiya, Zəncan və s.), həm də Tehranın elmi mühitindən olan görkəmli dilçilər, tarixçilər, sosioloqlar və ədiblər toplanmışdır. Eyni zamanda, jurnal Şimali Azərbaycanın (Azərbaycan Respublikası) elmi elitası ilə də sıx əlaqələr qurmuş, Azərbaycan Milli Elmlər Akademiyasının  akademiklərinin, millət vəkillərinin və professorlarının məqalələrinə öz səhifələrində geniş yer ayırmışdır.

– Ali  (doktorantura) təhsilinizi Bakıda almısınız. Bu, necə baş verib?

-1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığına əsasən Azərbaycan dövlətinin hesabına oxumuşam. Azərbaycan Dövlət Universitetini bitirmişəm. Universiteti bitirdikdən sonra  AZ TV-də 7 il çalışmışam. 6-7 il Azərbaycan Milli Akademiyasının Güney Azərbaycan Şöbəsində Teymur Əhmədovla birlikdə işləmişəm.

– “Xudafərin” dərgisi fəaliyyətə başladığı ilk gündən etibarən iki dilli (Türkcə-farsca) formatı mənimsəmişdir. Bu taktiki və elmi yanaşmanın  əsas səbəbi nə idi?

-Əsas səbəblər aşağıdakılardır:

* Farsdilli oxucu kütləsinə nüfuz etmək: Azərbaycan mədəniyyətini, tarixini və Qarabağ həqiqətlərini İrandakı digər xalqlara və rəsmi dairələrə fars dilində çatdırmaq.

* Ana dili inteqrasiyası: İranda fars təhsili almış, lakin öz soykökünə bağlı olan gənc nəslə Azərbaycan türkcəsini sevdirmək və öyrətmək.

Ən diqqətçəkən elmi tapıntılardan biri budur ki, jurnalda Azərbaycan dilindəki mətnlər həm ərəb qrafikalı əlifba (əbcəd/əski əlifba), həm də latın qrafikalı əlifba ilə paralel şəkildə təqdim olunurdu. Bu, quzeyli və güneyli oxucular arasında mövcud olan əlifba baryerini aradan qaldırır və dərginin hər iki tayda eyni dərəcədə oxunmasını təmin edirdi.

 – Təbrizin “Traktor” klubunun  Azərbaycan Respublikasında da saysız azarkeşləri var…

– Təbrizdə, Güney Azərbaycanda inkişaf edən, yüksələn milli hərəkat “Traktor” kimi möhtəşəm bir futbol klubu yaratdı. Onun azarkeşləri arasında xalqın bütün təbəqələrindən olan insanlar- alimlər,  yazıçılar, müəllimlər,  həkimlər, hərbçilər,  iş adamları, sadə vətəndaşlar, kişilər, qadınlar, gənclər var. Türk dünyasında ən çox azarkeşi olan futbol klubudur. ”Traktor” klubunun uzun illərin mübarizəsindən sonra İran çempionu olması, milli kutlamalar çoxlu şeirlərin, mahnıların yaranmasına səbəb oldu. Sənin “Xudafərin” jurnalında nəşr olunmuş “Qızıl Qurdlar” poeman da o tayda maraqla qarşılandı. O poemadan sonra sənin şeirlərini də daxil etməklə kitabını Tehranda nəşr etdirdik. Jurnalın 251-ci sayında da sənin şeirlərin çap olunub.”Qızıl Qurdlar” kitabından götürülmüş şeirləri jurnalın 252-ci sayında da dərc edəcəyik.

 – Dərginin ictimai- siyasi missiyası, Qarabağın işğalına, erməni terrorizminə münasibəti…

– “Xudafərin” jurnalı sadəcə mühafizəkar bir ədəbiyyat dərgisi olmamış, həm də mühüm ictimai-siyasi hadisələrə milli prizmadan reaksiya vermişdir. Jurnal, İran daxilində Azərbaycan həqiqətlərini və Qarabağ dərdini cəsarətlə səsləndirən nadir nəşrlərdəndir. Erməni terrorunun ifşasına xüsusi diqqət yetirilmiş, jurnalın xüsusi buraxılışlarında və yubiley nömrələrində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında törədilmiş erməni vəhşilikləri, Xocalı soyqırımı barədə fars və türk dillərində geniş elmi-analitik məqalələr dərc edilmişdir. Dərgidə yer alan elmi məqalələrdə erməni millətçilərinin törətdiyi cinayətlər faşizmlə müqayisə olunmuş və İran ictimaiyyətinə faktlarla təqdim edilmişdir.

 – Qarabağ səfəriniz necə keçdi?

– Oğuza gəlişimdən  öncə turla 3 günlük Qarabağ səfərində oldum. Şuşada, Ağdamda, Füzulidə, Xankəndidə, Xocalıda, Qubadlıda, Zəngilanda  erməni işğalının, erməni terrorunun, vəhşiliyinin nəticələrinin aradan qaldırılması üçün böyük işlər aparıldığının şahidi oldum. Bir gecə Şuşada qaldım. Elə bil, yenidən doğuldum, dünyaya yenidən gəldim. Bizi Azərbaycanın ilk “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi  Zəngilanın  Ağalı yaşayış məntəqəsindən  Arazın kənarına da apardılar.  O taya baxıb doğulduğum Xudafərin qəsəbəsini, bacımın oradakı evini gördüm. Qarabağa səfər məni sevindirdi, qürurlandırdı, kövrəltdi…

– Hansı kitablarınız var?

– Yazdığım, dərc etdirdiyim kitabların sayı 70-dən çoxdur. Bunların içərisində Azərbaycan Folklor İnstitutunun  Güney Azərbaycan Şöbəsi ilə birlikdə hazırlayıb nəşr etdirdiyim  5 cildlik “Cənubi Azərbaycan şifahi xalq ədəbiyyatı” kitabı xüsusi yer tutur. “Güney Azərbaycan dramaturgiyası” , “Güney Azərbaycan türkologiyası” kitablarım Atatürk  Mərkəzində çap olunub. Azərbaycanın İrandakı səfiri Əlyar Səfərli ilə birlikdə  Məsihi divanının əlyazması əldə olunaraq cığatay türkcəsindən Azərbaycan türkcəsinə transkripsiya edilərək çap edilib. Nizami Xudiyevlə birgə yazdığım  “Heydər Əliyev və Azərbaycan dili” kitabı Tehranda ərəb qrafikası ilə yüksək tirajla nəşr olunub.

– Hansı dilləri bilirsiniz?

– Türk, fars, rus, ərəb, ingilis dillərini bilirəm. Bu dillərin bir neçəsində kitablarım, hamısında yazılarım çap olunb. Ümumiyyətlə,  400-dən çox məqaləm çıxıb.

– Dərginin qazandığı uğurları necə ümumiləşdirmək olar?

-Tehranda nəşr olunan “Xudafərin” mədəni, sosial və elmi dərgisi ötən illər ərzində sübut etdi ki, paytaxt mühitində milli ruhu və ana dilini elmi səviyyədə qorumaq mümkündür. Jurnalın qazandığı uğurlar və göstərdiyi ictimai müqavimət aşağıdakı bəndlərlə ümumiləşdirilə bilər:

* Milli yaddaşın keşiyində: Unudulmaqda olan türk sözlərini, adət-ənənələrini qoruyub gələcək nəsillərə ötürür.

* Akademik məktəb: Gənc tədqiqatçılar üçün Tehranda bir ana dilli elmi məktəb rolunu oynayır.

* İnformasiya blokadasının yarılması: Qarabağ düyününü və Azərbaycanın haqlı səsini İranın daxili auditoriyasına fars dilində elmi əsaslarla çatdırır.

Bu gün “Xudafərin” jurnalı, adını daşıdığı tarixi Xudafərin körpüsü kimi, quzeyli-güneyli Azərbaycan elmi və bədii təfəkkürünü bir-birinə bağlayan mənəvi təməl daşıdır. Dərginin fəaliyyətinin dərindən öyrənilməsi və arxivinin rəqəmsallaşdırılaraq gələcək nəsillərə çatdırılması müasir Azərbaycan humanitar elminin mühüm vəzifələrindən biri olmalıdır.

– Oğuz haqqında təəssüratlarınız necədir?

– Xudafərində, Təbrizdə, Tehranda, Trabzonda, Bakıda özümü necə hiss edirəmsə Oğuzda da  elə hiss edirəm. Oğuzun insanları saf və mehribandır. Təbiəti çox gözəldir. Şəhər kiçik olsa da səliqəli və abaddır.Rayonun yolları təmirli və rahatdır…

– Sizə və Azərbaycanın, türk dünyasının sözünü, dərdlərini,  problemlərini hayqıran redaktoru olduğunuz “Xudafərin” dərgisinə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram!

– Çox sağ olun! 

Nazim Hüseynli,
”Oğuz xəbərləri” qəzetinin redaktoru

Əvvəlki Yazı

İran və Ukrayna geosiyasi “pay”a çevrilir: ABŞ – Rusiya masasinda bölgü?- Vüqar Dadaşov yazir

Növbəti Yazı

Ceyhun Bayramovla Mirzoyan arasında qısa görüş olub – Video

XƏBƏR LENTİ

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
0
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
12
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
14
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
73
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
70
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

09 Sentyabr 2026 / 8:25
23
Merkel: Ürəyim qan agladi

Merkel: Ürəyim qan agladi

09 Sentyabr 2026 / 8:02
15
SEPAH: İran hərbçiləri Hörmüz boğazı yaxınlığında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirib

SEPAH: İran hərbçiləri Hörmüz boğazı yaxınlığında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirib

09 Sentyabr 2026 / 7:48
14
Bild: Xarici işlər naziri Vadeful Ukraynadan Almaniyanın maraqlarını nəzərə almağı tələb edib

Bild: Xarici işlər naziri Vadeful Ukraynadan Almaniyanın maraqlarını nəzərə almağı tələb edib

09 Sentyabr 2026 / 7:24
16
İordaniya ordusu İrandan atılan 18 ballistik raketi məhv etdiyini açıqlayıb

İordaniya ordusu İrandan atılan 18 ballistik raketi məhv etdiyini açıqlayıb

09 Sentyabr 2026 / 7:13
20
ABŞ Kanada məhsullarının idxalına qadağa qoyub

ABŞ Kanada məhsullarının idxalına qadağa qoyub

09 Sentyabr 2026 / 7:07
25
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

09 Sentyabr 2026 / 6:50
54
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

09 Sentyabr 2026 / 1:53
13
Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

09 Sentyabr 2026 / 1:29
111
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ-ın hücumlarından sonra İran sərt xəbərdarlıq etdi: “Gəmiləri dərhal tərk edin!”

09 Sentyabr 2026 / 0:50
7
Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

09 Sentyabr 2026 / 0:28
5
İrandan ABŞ-a: Ciddisiniz?

İrandan ABŞ-a: Ciddisiniz?

09 Sentyabr 2026 / 0:20
6
Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

08 Sentyabr 2026 / 23:53
1
Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

08 Sentyabr 2026 / 23:45
8
İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

08 Sentyabr 2026 / 22:48
16
Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Qərbin 1991-ci il sərhədlərini Ukraynaya qaytarmaq üçün “qəddar” istəyini açıqladı

08 Sentyabr 2026 / 22:32
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.