r
ABŞ-da məhkəməyə çıxarılan 22 yaşlı sinqapurlu Malone Lam tarixin ən böyük kriptovalyuta oğurluqlarından birini təşkil etmək və dəstə fəaliyyəti ilə məşğul olmaq ittihamlarını boynuna alıb.
Avropa.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada Lamın dostları ilə dəstə yaradıb 245 milyon dollar dəyərində bitkoini oğurladığı və bu pulları yuduğu bildirilib.
Oğurlanan vəsaitlərin bir gecədə klublarda 500 min dollara qədər xərcləndiyi, dəyəri 100 min ilə 3,8 milyon dollar arasında olan dəbdəbəli avtomobil parkının alındığı bildirilib.
Lamın gecə klublarında izdihamın qarşısına on minlərlə dollar dəyərində Hermes Birkin çanta atdığı, dəbdəbəli saatlar, şəxsi təyyarə kirayəsi və özəl təhlükəsizlik komandası üçün milyonlarla dollar xərclədiyi də bildirilir.
Sosial mühəndislik və ev basqınları vasitəsilə hesabları boşaltdılar
Məhkəmə sənədlərinə əsasən, 2023-cü ilin oktyabrından başlayaraq ən azı 2025-ci ilin may ayına qədər davam edən şəbəkə üzvləri onlayn oyun platformaları vasitəsilə görüşüblər.
“Anne Hathaway”, “$$$” və “King Greavy” təxəllüsündən istifadə edən Lam, Kaliforniya, Konnektikut, Nyu-York, Florida və ABŞ-dan kənarda iştirak edən üzvlərin liderliyini öz üzərinə götürdü.
Qeyd olunub ki, şəbəkə zərərçəkənləri aldadaraq məxfi məlumatlar əldə edib, vaxtaşırı evə reydlər keçirərək rəqəmsal pul kisələrinin boşaldılmasında istifadə olunan məlumatları əldə edib.
ABŞ-ın Dairə Hakimi Colleen Kollar-Kotelly 20 ilə qədər həbs cəzası gözlənilən Lamın məhkəməsinin tarixini hələ təyin etməyib.
Məsələni dəyərləndirən ABŞ prokuroru Jeanine Pirro beynəlxalq cinayət şəbəkəsini idarə edən müttəhimin ifşa olunaraq məsuliyyətə cəlb olunduğunu vurğulayıb.






























