12 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

İsrailin Suriyadakı “Troya atı”! – Suveydada ağır döyüşlər, Prezident Sarayı bombalandı (Yenilənib)

İyul 16, 2025
Manşet, Redaktorun Seçimi, Siyasət
A A

Suriyanın cənubundakı Suveyda şəhərində hökumət qüvvələri ilə yerli dürzi militanlar arasında toqquşmalar yenidən başlayıb. Avropa.info xəbər verir ki, iyulun 15-də əməliyyatlarını Suriyanın cənubundakı Suveyda və Dəraa ilə hücumlarını məhdudlaşdıran İsrail Dəməşqdəki Baş Qərargah binası və Prezident Sarayını vurub.

Hücumlar Suriya hökumət qüvvələrinin şəhərə nəzarəti ələ keçirməsindən bir gün sonra Suveydada döyüşlərin bərpa olunduğunu elan etdiyi vaxta təsadüf edib. Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, qanunsuz qruplaşmalar Suveydadakı milli xəstəxanadan ordu və daxili təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlar üçün mərkəz kimi istifadə edir.

Müdafiə Nazirliyinin Media və Kommunikasiyalar İdarəsi silahlı qruplaşmaların çoxsaylı snayperlərinin xəstəxananın damında yerləşdirildiyini və hökumət qüvvələrini intensiv şəkildə hədəfə aldığını bildirib.

(15:27)

***

İsrail ordusunun sözçüsü Aviçay Adraee iyulun 16-da Suriya ordusunun paytaxt Dəməşqdəki Baş Qərargah ofisinin girişinə hücum etdiyini bildirib. Avropa.info xəbər verir ki, Adraee açıqlamasında İsrailin “Suriyada dürzi vətəndaşlarla hökumət qüvvələri arasındakı qarşıdurmaları izlədiyini”, bölgədə hücumlar həyata keçirdiklərini və müxtəlif ssenarilərə hazır olduqlarını bildirib.

Suriyanın dövlət xəbər agentliyi SANA paytaxt Dəməşqdə partlayış səsinin eşidildiyini bildirib. Suriya dövlət televiziyası isə İsrailə məxsus pilotsuz təyyarələrin (PUA) paytaxt üzərində uçduğunu bildirib. Məlumatlara görə, İsrailin pilotsuz təyyarələri ölkənin cənubundakı Suveyda şəhərini hədəfə alıb və çoxlu sayda mülki şəxs yaralanıb.

İsrail ordusu Dəməşqdəki ordunun Baş Qərargah binasının giriş qapısına hücum etdiyini açıqlayıb. Suriyanın iki təhlükəsizlik mənbəsi Reuters agentliyinə bildirib ki, İsrailin zərbəsi paytaxtdakı Müdafiə Nazirliyinin binasını hədəf alıb.

Suriya Xarici İşlər Nazirliyi dünən yaydığı bəyanatda Suriyanın cənubundakı son hücumlar və onların nəticələrinə görə tam olaraq İsraili məsuliyyət daşıdığını bildirib. Nazirlik, istisnasız olaraq bütün vətəndaşlarını qorumağa sadiq olduğunu, bunlar arasında ən çox diqqət çəkən dürzi vətəndaşlarının olduğunu vurğulanıb.

Xarici İşlər Nazirliyi dünən səhər saatlarında İsrailin Suriyanın cənubunda həyata keçirdiyi hücumlarda çoxlu sayda əsgər, təhlükəsizlik işçisi və mülki vətəndaşın həlak olduğunu bildirib.

Nazirlik, hücumların “dövlətin təhlükəsizliyi gücləndirməyə və müharibənin təsirlərini aradan qaldırmağa çalışdığı kritik bir zamanda milli sabitliyi pozmaq və Suriya birliyini pozmaq məqsədi ilə diqqətlə planlaşdırıldığını və şübhəli kontekstdə həyata keçirildiyini” bildirib.

Bəyanatda, Suveyda xalqını “dövlətinin və ordusunun arxasında dayanmağa və şübhəli layihələrə və ya xaosa səbəb olan çağırışlara aldanmamağa” çağırılıb.

Suriyanın cənubunda, əsasən dürzilərin məskunlaşdığı Suveyda bölgəsində son iki gündə baş verən qarşıdurmalarda azı 90 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

İsrail Suriyanın cənubundakı Suveyda bölgəsində baş verən hadisələrə hərbi yolla cavab verib. İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katz, Suveyda əyalətində yerləşdirilən Suriya ordusu qüvvələrini vurma əmri verdiklərini bildirdilər. Bu əmr Suriya hökumət qüvvələrini hədəf alan hava zərbələri ilə dərhal həyata keçirilib.

İsrail ordusu həmçinin, Suveydada Suriya hərbi maşınlarına zərbələr endirməyə başladığını açıqlayıb. İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında verdiyi açıqlamada bunları deyib: “İsrail ordusu siyasi səviyyədən gələn əmrlərdən sonra Suriyanın cənubundakı Suveyda bölgəsində Suriya rejiminə məxsus hərbi maşınlara hücum etməyə başladı. Bu hücum dünən Suveyda bölgəsinə doğru hərəkət edən zirehli personal daşıyıcısı və tank karvanlarının bölgəyə girişinin qarşısını almaq üçün yolları bombalanıb”.

İsrail ordusunun bombardımanlarına baxmayaraq, Suriya ordusu birlikləri ağır zirehli texnikanın müşayətində Suveyda şəhərinə daxil olub. Daha öncə Suriya hökumət qüvvələrinə qarşı qarşıdurmalara çağıran dürzi şeyxi Hikmət əl Hicri də daxil olmaqla dürzi liderlər şəhər sakinlərini hərbçilərə qarşı çıxmamağa çağırıblar.

Dürzilərin Ruhani Rəhbərliyi hökumət qüvvələrinin Suveydaya daxil olmasını alqışlayıb və silahlı qrupları hökumətlə əməkdaşlığa, silahlarını Daxili İşlər Nazirliyinə təhvil verməyə çağırıb.

Beləliklə, Suriya prezidenti Əhməd Şaraanın keçən ilin sonunda hakimiyyətə gəlməsindən sonra ilk dəfə hökumət qüvvələri Sveydaya daxil olub. Şəhər daha öncə İsrail hərbi birləşmələri tərəfindən “toxunulmaz zona” elan olunmuş və Suriya hökumət qüvvələrinin bölgədə hakimiyyətini bərpa etməsinə imkan verilmirdi.

Bəzi ekspertlər dürzilərin yaşadığı Suveyda şəhərini İsrailin Suriyanı bölmək üçün planlaşdırdığı “Troya atı” adlandırırlar. Dəməşqlə danışıqlara davam edən Tel-Əviv Suriyanın cənubunda bəzi bölgələri işğal edib.

Avropa.info

Əvvəlki Yazı

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Növbəti Yazı

Qəzzaya gedən İsrail əsgərləri niyə intihar edirlər? – “Bu müharibə bizi də öldürür” – Sensasion rəqəmlər

XƏBƏR LENTİ

Keçmiş analitik Conson: “Rusiyanın münaqişədə aşkar üstünlüyü var”

Keçmiş analitik Conson: “Rusiyanın münaqişədə aşkar üstünlüyü var”

12 Avqust 2026 / 9:58
14
Rusiyanın Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya Federasiyası və Qara dəniz üzərində 502 Ukrayna PUA-nı məhv edib

Rusiyanın Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya Federasiyası və Qara dəniz üzərində 502 Ukrayna PUA-nı məhv edib

12 Avqust 2026 / 9:52
7
Bu tarixdən hava şəraiti dəyişəcək,leysan , dolu gözlənilir -Xəbərdarliq

Bu tarixdən hava şəraiti dəyişəcək,leysan , dolu gözlənilir -Xəbərdarliq

12 Avqust 2026 / 9:45
6
ÜST:”Ebola Epidemiyasında ölənlərin sayı 2 mini keçib Virus aylar ərzində müşahidə edilmədən yayılıb”

ÜST:”Ebola Epidemiyasında ölənlərin sayı 2 mini keçib Virus aylar ərzində müşahidə edilmədən yayılıb”

12 Avqust 2026 / 9:39
7
DİN Qaradağ və Suraxanıda Əməliyyat keçirib-Saxlanilanlar var

DİN Qaradağ və Suraxanıda Əməliyyat keçirib-Saxlanilanlar var

12 Avqust 2026 / 9:32
6
Qəzzada İsrailin qanlı hücumu nəticəsində dağılan evin dağıntıları altından 13 fələstinlinin cəsədi çıxarılır

Qəzzada İsrailin qanlı hücumu nəticəsində dağılan evin dağıntıları altından 13 fələstinlinin cəsədi çıxarılır

12 Avqust 2026 / 9:17
10
Prezident İlham Əliyev: “Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib”-Video

Prezident İlham Əliyev: “Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib”-Video

12 Avqust 2026 / 8:51
5
Prezident İlham Əliyev:”Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir”

Prezident İlham Əliyev:”Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir”

12 Avqust 2026 / 8:45
15
Selin apardığı azyaşlı xilas oldu-Video

Selin apardığı azyaşlı xilas oldu-Video

12 Avqust 2026 / 8:27
10
ABŞ İrana hücumlarını dayandırdı: Tehran danışıqlar iddiasını rədd edir

ABŞ-ın “İrana qarşı tətbiq etdiyi blokadanı yarmağa çalışan gəmiyə atəş açdığı” iddiası

11 Avqust 2026 / 19:45
4
Bakıda Dəhşətli Qətl-Oğul anasını öldürüb həyətdə basdırdı

Bakıda Dəhşətli Qətl-Oğul anasını öldürüb həyətdə basdırdı

11 Avqust 2026 / 18:40
6
Bərdə rayonunda əkin sahəsindən qadın meyiti tapıldı

Lənkəran rayonunda meşədə iki meyit tapıldı

11 Avqust 2026 / 18:31
19
Nazir Kəmaləddin Heydərov mərhum vəkil İsaxan Aşurovun oğluna vəzifə verdi

Nazir Kəmaləddin Heydərov mərhum vəkil İsaxan Aşurovun oğluna vəzifə verdi

11 Avqust 2026 / 17:17
11
Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə gəlir

Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə gəlir

11 Avqust 2026 / 16:46
13
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

Qətər: Oman və İran arasında Hörmüz boğazı danışıqlarında irəliləyiş əldə olunub

11 Avqust 2026 / 16:41
3
Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

11 Avqust 2026 / 16:34
52
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

11 Avqust 2026 / 16:12
2
Prezident Ərdoğanı təhqir edən və təhdid edən videoda 1 nəfər həbs edilib

Prezident Ərdoğanı təhqir edən və təhdid edən videoda 1 nəfər həbs edilib

11 Avqust 2026 / 14:26
13
Fransanın 43 əyalətində istilər səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib

Fransanın 43 əyalətində istilər səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib

11 Avqust 2026 / 14:22
13
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

Tramp: İrana qarşı danışıqlar, hərbi və iqtisadi təzyiq variantlarımız var

11 Avqust 2026 / 14:19
24
Zaqatalada rayonunda TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var

Zaqatalada rayonunda TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var

11 Avqust 2026 / 14:15
10
Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış…-Balakəndəki qəzanın təfərrüatı

Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış…-Balakəndəki qəzanın təfərrüatı

11 Avqust 2026 / 14:04
31
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğana Dünya İqtisadi Forumundan xüsusi dəvət

11 Avqust 2026 / 12:21
8
Sabiq deputatdan Azərbaycan futbolu haqqında sərt reaksiya: Azərbaycan futbolu Santuşluq prinsipindən əl çəkilməlidir

“Bu bizim tariximizdir”: Şeyx Heydər türbəsinin bərpasına çağırış

11 Avqust 2026 / 11:34
27
Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu terror aktı kimi tanınıb

Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu terror aktı kimi tanınıb

11 Avqust 2026 / 11:32
13
Türkiyədə fabrik yanğını: Göy qaraldı

Türkiyədə fabrik yanğını: Göy qaraldı

11 Avqust 2026 / 11:07
6
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev: “400-600 Manatlıq Əməkhaqqı İlə Ailə Saxlamaq Çətindir”

11 Avqust 2026 / 10:33
133
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 132-yə yüksəlib

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 132-yə yüksəlib

11 Avqust 2026 / 9:46
10
Samux rayonunda Kürdə batan 17 yaşlı qızın meyiti tapıldı

Dənizdə da bir gənçin meyidi tapildi

11 Avqust 2026 / 9:39
6
Liviyanın daha bir Generalı sui-qəsd nəticəsində öldürüldü

Liviyanın daha bir Generalı sui-qəsd nəticəsində öldürüldü

11 Avqust 2026 / 9:34
17
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.