Dünya

Rusiyanı vurmaq üçün Ukraynaya gizli icazə verilir?

21 Sentyabr 2024, 09:2113
Reklam728x90
Reklam320x100

Ukrayna yaxın həftələrdə Rusiya ərazisinə raket atmaq üçün gizli icazə ala bilər.

Avropa.info xəbər verir ki, bu barədə “Tayms” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və ABŞ icazə verməyə hazırlaşır, lakin onlar bunu yalnız ilk raketlər buraxıldıqdan sonra rəsmi şəkildə elan etmək istəyirlər.

Belə ki, mənbələr ABŞ-ın ilk növbədə Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibə planını görmək istədiyini bildirib. Yekun qərar gələn həftə BMT Baş Assambleyasında təsdiqlənə bilər.

Qeyd edək ki, Zelenski bir neçə aydır ki, Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etmək üçün icazə istəyir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600