Diplomat Maslennikov hesab edir ki, Ermənistan Avropaya inteqrasiya risklərindən xəbərdardır.
Rusiya Ermənistan vətəndaşlarını Avropaya inteqrasiya risklərini obyektiv qiymətləndirməyə çağırır.
Avropa.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
“Ölkənin inkişaf vektorunun son seçimi istənilən halda Ermənistan vətəndaşlarının ixtiyarındadır. Bu baxımdan mən inanmaq istərdim ki, onlar indi cəlb olunduqları “Avropa inteqrasiyası” avantürasının təhlükəsini obyektiv qiymətləndirə biləcəklər”, – diplomat Ermənistan vətəndaşlarına müraciət edərək yekunlaşdırıb.
2025-ci ilin martında Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq niyyəti haqqında qanun qəbul edib. Ermənistanın baş naziri Nikol Paşinyan avqustda üzvlük üçün müraciət etmək planlarını açıqlayıb.
Sentyabrın 1-də ŞƏT-in Bişkek sammitində Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Ermənistanın Aİ-yə daxil olması müzakirə edilib. Putin Aİİ və Aİ-yə üzvlüyün bir araya sığmadığını deyib və bu məsələ ilə bağlı Ermənistanda referendum keçirilməsini istəyib. Putin həmçinin Paşinyana xəbərdarlıq edib ki, İrəvanın hansı alyansa aid olacağına qərar vermək lazımdır.




























