Dünya

Rusiya MN: Kiyevdə İHA-ların olduğu West Gate Logistics anbarları vuruldu

31 Avqust 2026, 21:3512
Reklam728x90
Reklam320x100

Rusiya pilotsuz təyyarələri Kiyevdə PUA yığan zavodu yandırıb.

Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna qoşunlarına dəstək verən Ukraynanın logistika mərkəzlərinə və müəssisələrinə kütləvi qrup zərbələri endirməkdə davam edir.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Maks platformasında məlumat yayıb.

“Bu gün axşam saatlarında pilotsuz uçuş aparatları Kiyev şəhərində “West Gate Logistics” MMC-nin anbarına zərbələr endirib”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Rusiya Müdafiə Nazirliyi bu müəssisənin anbarlarında “uzun və orta mənzilli təyyarə tipli PUA-ların yığılıb saxlanıldığını” açıqlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600