Rusiya pilotsuz təyyarələri Kiyevdə PUA yığan zavodu yandırıb.
Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna qoşunlarına dəstək verən Ukraynanın logistika mərkəzlərinə və müəssisələrinə kütləvi qrup zərbələri endirməkdə davam edir.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Maks platformasında məlumat yayıb.
“Bu gün axşam saatlarında pilotsuz uçuş aparatları Kiyev şəhərində “West Gate Logistics” MMC-nin anbarına zərbələr endirib”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Rusiya Müdafiə Nazirliyi bu müəssisənin anbarlarında “uzun və orta mənzilli təyyarə tipli PUA-ların yığılıb saxlanıldığını” açıqlayıb.






























