Mədəniyyət

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

22 Mart 2025, 16:03114
Reklam728x90
Reklam320x100

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

Avropa.info xəbər verir ki, Martın 22-də Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 ili tamam olur.  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illik yubileyi ilə əlaqədar “Xalq yazıçısı Süleyman Rəhimov – 125” adlı virtual sərgi kitab sərgisi hazırlanıb.
Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin Süleyman Rəhimov haqqında söylədiyi dəyərli fikirlər, müəllifi olduğu və haqqında qələmə alınan kitabların tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq yazıçısının, çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiy töhfələrdən bəhs edən Musa Rəhimoğlunun “Qüdrətli fikir və söz bahadırı: yaddaşımdakı Süleyman Rəhimov”, “Dağ əzəmətli söz ustadı ilə unudulmaz görüşlər”, Aydın Dadaşovun “Süleyman Rəhimov ədəbiyyatı ekranda”, Vaqif Yusiflinin “”Azərbaycan nəsrinin ağır artilleriyası” Süleyman Rəhimov – 120 “Köhnə kişilər” silsiləsindən”, Himalay Qasımovun “Süleyman Rəhimov – 110. Ustad sənətkarın şah əsəri”, Elnarə Qaragözovanın “Sosrealizm: Azərbaycan modeli – Süleyman Rəhimov”, Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Rəhimov”, Ədalət Rəsulvanın “Zamanın hüdudlarını aşan sənətkar” kimi məqalələrin tam mətni də təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/suleyman-rehimov-125     linkindən istifadə edə bilərlər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600