Mədəniyyət

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026, 13:5039
Reklam728x90
Reklam320x100

 

14 iyul 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas təşkil olunub.

Avropa.info xəbər verir ki, tədbirdə Bakı “Modern” Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzi tərəfindən uşaqlar üçün maraqlı və yaradıcı fəaliyyətlər həyata keçirilib. Proqram çərçivəsində psixoloq Həcər Soltanova uşaqlarla maarifləndirici söhbət apararaq onların təxəyyülünün və yaradıcı düşüncə qabiliyyətinin inkişafına yönəlmiş interaktiv dialoqlar qurub. O, uşaqlara təbiətin ayrılmaz hissəsi olan çiçəklərin qorunması, onlara düzgün qulluq göstərilməsi və təbiətə sevgi hissinin aşılanmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, kitabxana əməkdaşları tərəfindən uşaqların rahat və yaradıcı fəaliyyət göstərə bilmələri üçün uyğun mühit yaradılıb, onların  əl işlərini sərbəst şəkildə hazırlamaları üçün bütün zəruri şərait təmin edilib. İştirakçılar  rənglərdən və müxtəlif dekorativ materiallardan istifadə edərək çiçək kompozisiyaları hazırlayıblar.

Master-klas uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda xoş təəssürat yaradıb.

Tədbirin məqsədi uşaqların estetik zövqünün formalaşdırılması, əl bacarıqlarının və yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, yay aylarında onların mavi ekrandan uzaqlaşdırılaraq yaradıcılıq potensialının üzə çıxarılması, eyni zamanda canlı təbiətin qorunmasının vacibliyinə diqqətin yönəldilməsi olub. Bu baxımdan master-klas uşaqların həm yaradıcılıq qabiliyyətlərinin inkişafına, həm də ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edən maarifləndirici tədbirlərdən biri kimi yadda qalıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600