Mədəniyyət

Qubada vətənpərvərlik ruhunda sənət tədbiri keçirildi – FOTOLAR

11 Avqust 2025, 22:2724
Reklam728x90
Reklam320x100

Avqustun 10-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində “Quba mənzərələri” adlı etüd-sərgi təşkil olunub. Layihənin rəhbəri Aygün Əzizovadır.

Avropa.info xəbər verir ki, 25 nəfərlik rəssam heyəti ilk olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova və kompleksin əməkdaşları etüd iştirakçılarını yüksək səviyyədə qarşılayıblar. Dr. Rəxşəndə Bayramova memorial kompleks barədə geniş məlumat verib. O, kompleksin ətrafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınmış, Qubanın simvoluna çevrilən alma bağı barədə də danışıb.

O, 44 günlük Vətən müharibəsi zamanı həmin bağdan toplanan məhsulların hərbçilərimizə göndərilməsindən qürurla bəhs edib. Quba Soyqırımının dəhşətləri haqqında danışan R. Bayramova bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasının və soyqırımın tanıdılmasının hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova göstərilən yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə Quba Soyqırımı Memorial Kompleksinin rəhbərliyinə təşəkkür edib və gələcək əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Etüdlər Qubada Qırmızı Qəsəbə, Qəçrəş meşəsi və Qudyalçay ətrafında keçirilib. Rəssamlar Qubanın təbiət mənzərələrini kətan üzərinə köçürərək bir-birindən gözəl əsərlər ərsəyə gətiriblər.

Tədbirin sonunda iştirakçılar diplomlarla təltif olunublar və xatirə fotoları çəkilib. Eyni zamanda iştirakçılar Quba mətbəxinin ləzzətli təamları ilə tanış olublar.

Aygün Oqtay,
Fotoqlar Camalındır

.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600