Dünya

Qəzza Daxili İşlər Nazirliyi: İsrail insanları köç etməyə məcbur etməklə beynəlxalq hüququ pozur

15 May 2025, 08:4760
Reklam728x90
Reklam320x100

Qəzzanın Daxili İşlər Nazirliyi xəstə və köçkün dinc əhalinin sığındığı ərazilərə hücum etməklə hədələyən İsraili insanları evlərindən zorla köçürməklə beynəlxalq hüququ pozmaqda ittiham edib.

“Biz İsrail işğalçı qüvvələrini  heç bir əsas olmadan vətəndaşları evlərindən zorla köçürməklə  törətdikləri bu cinayətə görə tam məsuliyyət daşıyırıq “, – nazirliyin bəyanatında deyilir.

Avropa.info xəbər verir ki, İsrail  Ordusunun  sözçüsü Aviçay Adraee dünən  X sosial media platformasındakı  paylaşımında  Qəzza  İslam Universiteti və Şifa Xəstəxanası da daxil olmaqla Qəzza şəhərindəki bir çox məktəbə hücum edəcəklərini açıqlayıb.

İsrail ordusu hücumla təhdid etdiyi bölgədə 7 Fələstin vətəndaşının adlarını dərc edərək,  bu şəxslərin HƏMAS və İslami Cihad  üzvləri olduğunu və HƏMAS-ın Qəzzada mülki binalarda, xüsusilə xəstəxanalar, məktəblər və mülki mərkəzlərdə hərbi əməliyyatlar apardığını bildirib .

Qəzza  Daxili İşlər Nazirliyi  bu iddiaları təkzib edərək, “İsrailin mülki şəxsləri təhdid edən bəyanatında səsləndirdiyi bütün iddialar əsassızdır” deyib.

İsrail atəşkəsə baxmayaraq hücumlarını artırır

Nazirlik İsrailin bu cür iddialarla mülki insanları evlərini tərk etməyə məcbur etdiyini və bunun işğalçılıq siyasətinin bir hissəsi olduğunu bildirib.

Həmin gün Euro-Med  İnsan Haqları  Müşahidə Qrupu da İsrailin xəstəxanalara hücumlarına haqq qazandırmaq üçün dəfələrlə əsassız iddialar irəli sürdüyünü bəyan edib.

İsrail ordusu 19 aydır şiddətli havadan və qurudan hücumlar həyata keçirdiyi Qəzza zolağının şimalında 4 məktəb, bir universitet və xəstəxanaya hücumla hədələyib.

Adraee-nin hədəf alacağını açıqladığı xidmət binaları Qəzza şəhərinin sıx məskunlaşdığı Rimal məhəlləsində yerləşir. İsrail ordusunun hücum təhdidləri verdiyi ərazilər Qəzza zolağından didərgin düşmüş fələstinlilər üçün sığınacaq kimi də tanınır.

BMT-nin paylaşdığı rəqəmlərə görə, Qəzzadakı təqribən 2,3 milyon fələstinlinin 90 faizi İsrail ordusunun hücumları nəticəsində ən azı bir dəfə köçkün vəziyyətinə düşüb. Yanvarın 19-da əldə olunan atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında Qəzza zolağına yenidən şiddətli hücumlara başlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600