Mədəniyyət

“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

18 Avqust 2025, 11:2161
Reklam728x90
Reklam320x100

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya hazırlayıb.
Avropa.info xəbər verir ki, Veblioqrafiyada şairin həyat və yaradıcılığı, 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı rəsmi sərəncam, görkəmli şəxslərin onun haqqında fikirləri, həmçinin xatirəsini əks etdirən foto və video materiallar yer alıb.
Biblioqrafik vəsaitdə ümumilikdə 44 adda kitabın və 189 adda dövri mətbuat materialının biblioqrafik təsviri və tam mətnləri öz əksini tapıb. Vəsaitin tərtib edilməsində əsas məqsəd görkəmli şairin çoxşaxəli ədəbi-bədii irsini sistemli şəkildə toplayaraq gənc nəslə təqdim etməkdir. Bu vəsait vasitəsilə oxucular şairin yaradıcılıq yolunu, vətənpərvərlik mövzusunda əsərlərini, milli dəyərlərin qorunmasında göstərdiyi xidmətləri, eləcə də onun ədəbi fikir tarixindəki yerini daha dərindən öyrənə biləcəklər.
Biblioqrafik mənbə ilə aşağı qeyd edilmiş link vasitəsilə tanış ola bilərsiniz:
https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/q-l-min-s-si-q-lbin-n-gm-si-b-xtiyar-vahabzad-100

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600