Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə qeyri-rəsmi görüşü olub
Avropa.info xəbər verir ki, Söhbətin mövzusu ilə bağlı təfərrüatlar açıqlanmır.
Hər iki lider ŞƏT sammitində iştirak etmək üçün Bişkekə gəlib. Putin artıq Çin prezidenti Si Cinpinq, Hindistanın baş naziri Narendra Modi ilə görüşüb və bir sıra digər dövlət liderləri ilə danışıqlar aparmağı planlaşdırır.
Putinin görüşəcəyi siyasətçilərdən biri də Ermənistanın baş naziri Nikol Paşinyan olacaq. Tərəflər Ermənistan sakinlərinin Aİİ və Avropa İttifaqı arasında seçim edə biləcəyi referendum məsələsini müzakirə edəcəklər.
ŞƏT üzvləri Rusiya, Qırğızıstan, Belarusiya, Hindistan, İran, Qazaxıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Təşkilat 2001-ci ildən fəaliyyət göstərir.






























