09 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

İyun 15, 2025
Manşet
A A

Azərbaycan Prezidenti İlham Əliyev “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Avropa.info həmin müraciəti təqdim edir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi “Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Azərbaycanın Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbirin dünyada cərəyan edən aktual məsələlərin müzakirəsi baxımından məhsuldar olacağına və ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyimi ifadə edərək, konfransın işinə uğurlar arzulayıram”.

Əvvəlki Yazı

Aksarayda iki hava balonu qəzaya uğrayıb: 1 ölü, 19 yaralı var

Növbəti Yazı

Ölkədə küləklə bağlı əhaliyə müraciət olundu

XƏBƏR LENTİ

Donbassdakı Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət getdikcə pisləşir: Almaniya məyusedici proqnoz verdi

Donbassdakı Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət getdikcə pisləşir: Almaniya məyusedici proqnoz verdi

09 Avqust 2026 / 8:33
3
Qaziantepdə 4,5 bal gücündə zəlzələ baş verib

Qaziantepdə 4,5 bal gücündə zəlzələ baş verib

09 Avqust 2026 / 8:02
14
Türkiyənin məşhur müğənnisi vəfat edib

Türkiyənin məşhur müğənnisi vəfat edib

09 Avqust 2026 / 7:49
8
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub

Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub

08 Avqust 2026 / 20:16
5
Paşinyanın Bakıya zəngi və Mehrini “azad etmək” planı

Paşinyanın Bakıya zəngi və Mehrini “azad etmək” planı

08 Avqust 2026 / 20:10
9
Devid Felsen:”ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlanğıcını qoyduğu qənaətindədir”

Devid Felsen:”ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlanğıcını qoyduğu qənaətindədir”

08 Avqust 2026 / 18:06
9
İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyərkən saxlanildilar -Video

İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyərkən saxlanildilar -Video

08 Avqust 2026 / 18:00
9
BƏƏ Hörmüz boğazında İran gəmisini raketlə hədəfə aldığını açıqlayıb

BƏƏ Hörmüz boğazında İran gəmisini raketlə hədəfə aldığını açıqlayıb

08 Avqust 2026 / 16:47
1
Xameneinin baş müşaviri: Region ölkələri artan əməkdaşlıqla təhlükəsizliyi təmin edə bilər

Xameneinin baş müşaviri: Region ölkələri artan əməkdaşlıqla təhlükəsizliyi təmin edə bilər

08 Avqust 2026 / 16:41
18
 İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubuna hücum edib

 İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubuna hücum edib

08 Avqust 2026 / 14:31
9
Coratda dənizdə 2 nəfər batdı – Biri xilas edildi, digərinin meyiti tapıldı

16 yaşlı Asimanın  meyiti tapıldı

08 Avqust 2026 / 12:08
7
Miroşnik: Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin zərbələri nəticəsində bir həftə ərzində 4-ü uşaq olmaqla 49 rusiyalı həlak olub

Miroshnik: Kanada Rusiyanın Ukraynadan uşaq oğurlaması ilə bağlı mifi ən fəal şəkildə dəstəkləyir

08 Avqust 2026 / 11:58
9
Türkiyədə 104 kiloqram narkotik maddə ələ keçirilib

Türkiyədə 104 kiloqram narkotik maddə ələ keçirilib

08 Avqust 2026 / 11:28
9
Tehranın buna münasibət bildirmə və lazım gələrsə, üzr də istəməılidir

Tehranın buna münasibət bildirmə və lazım gələrsə, üzr də istəməılidir

08 Avqust 2026 / 11:19
6
Xocavənd Rayonunda traktor minaya düşdü

Xocavənd Rayonunda traktor minaya düşdü

08 Avqust 2026 / 11:11
10
Pasinyan -Sülhü dönməz etmək üçün “Qarabağ ermənilərinin geri qayıtması” kimi mövzuları davam etdirməmək zəruridir

Pasinyan -Sülhü dönməz etmək üçün “Qarabağ ermənilərinin geri qayıtması” kimi mövzuları davam etdirməmək zəruridir

08 Avqust 2026 / 10:54
11
Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

Səudiyyə Ərəbistanının görməli yerləri Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bayraqları ilə işıqlandırılıb

08 Avqust 2026 / 10:33
11
Ermənistanın xarici siyasətindəki ziddiyyətləri bir daha üzə çıxardı

Ermənistanın xarici siyasətindəki ziddiyyətləri bir daha üzə çıxardı

08 Avqust 2026 / 10:03
8
Bərdə rayonunda əkin sahəsindən qadın meyiti tapıldı

Bərdə rayonunda əkin sahəsindən qadın meyiti tapıldı

08 Avqust 2026 / 9:51
10
Yəmən ordusu Husilərə qarşı əməliyyat keçirib

Yəmən ordusu Husilərə qarşı əməliyyat keçirib

08 Avqust 2026 / 9:40
7
Trampın yeni təyyarəsinın çatışmazlıqlarını mediaya sızdıran şəxs tapıldı

Trampın yeni təyyarəsinın çatışmazlıqlarını mediaya sızdıran şəxs tapıldı

08 Avqust 2026 / 9:23
1
Azərbaycan XIN:”Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik”

Azərbaycan XIN:”Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik”

08 Avqust 2026 / 9:14
6
Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 475 PUA-nı vurub

Rusiya Ukrayna Silahlı Qüvvələrinə məxsus 397 PUA-nı vurub

08 Avqust 2026 / 9:05
9
Kubandakı İlski neft emalı zavodunda PUA-nın hücumu nəticəsində yanğın baş verib,

Kubandakı İlski neft emalı zavodunda PUA-nın hücumu nəticəsində yanğın baş verib,

08 Avqust 2026 / 8:56
13
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:”Məkkə sazişi gələcəkdə qlobal miqyasda yeni siyasi və hərbi platformanın əsasına çevrilə bilər”

08 Avqust 2026 / 8:48
164
TASS: Rusiya Silahlı Qüvvələri Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin millətçilərini təlimatçılar arasından məhv edib.

TASS: Rusiya Silahlı Qüvvələri Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin millətçilərini təlimatçılar arasından məhv edib.

08 Avqust 2026 / 8:34
4
Pakistanın Baş naziri Şərif Məkkə Birgə Müdafiə Sazişini imzalamaqdan şərəf duyduğunu bildirib

Pakistanın Baş naziri Şərif Məkkə Birgə Müdafiə Sazişini imzalamaqdan şərəf duyduğunu bildirib

08 Avqust 2026 / 7:53
10
Ukrayna Silahlı Qüvvələri Tula vilayətinə hücum edib: Wildberries anbarı yanır, yaşayış binasına ziyan dəyib

Rusiya ordusu Kiyevi raket atəşinə tutub-ölənlər var

08 Avqust 2026 / 7:49
10
Dünya şöhrətli misirli ulduz Məhəmməd Salah ailəsi ilə birlikdə bu lüks villada yaşayacaq-Fotolar

Dünya şöhrətli misirli ulduz Məhəmməd Salah ailəsi ilə birlikdə bu lüks villada yaşayacaq-Fotolar

08 Avqust 2026 / 7:35
17
Ağdaşda 17 yaşlı qızın nişanında mediyaya hücum olundu — Video

Ağdaşda 17 yaşlı qızın nişanında mediyaya hücum olundu — Video

08 Avqust 2026 / 7:28
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.