Şairə Esmira Gunəşdən gözəl təşəbbüs - FOTOLAR
- 17:29 - 13 Avqust
Milli Cəbhə Partiyasınin (MCP) Şəhid ailələri şöbəsinin müdiri Esmira Gunəşdən təqdirəlayiq addım.
Avropa.info xəbər verir ki, şairə Esmira Günəş yenə şəhid analarının könlünü sevindirməyi bacardı. Belə ki, şairə xanımın təşəbbüsü ilə avqustun 12-si Sumqayıtdan şəhid Əbil Cəbizadənin anası İradə xanım, şəhid Əlzamin Mustafalının anası Ülvüyyə xanım, şəhid Bəxtiyar Muradovun anası Yeganə xanım, şəhid Səmid Əliyevin anası Əsmər xanım, şəhid Niyaməddin Ələkbərovun anasını Həcər xanım, şəhid Ruslan Məmmədovun anası Rəna xanım, şəhid Elvin İsmayılovun anası Sevil xanım, şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanım, şəhid Elçin Hüseynovun anası Mətanət xanım, şəhid Rəcəb Qulamovun anası Solmaz xanım, şəhid Akif Cabbarovun xalası Maya xanım, şəhid Rüfət Mustafayevin anası Afət xanım, şəhid Cavid Mirzəyevin anası Arzu xanım və AJB nin üzvü jurnalist Aygün Hacıyeva ilə birlikdə Xudata şəhid Fəxrəddin Fərəcovun anasının ziyarətinə gediblər.
Fəxrəddin Fərəcovun anası Bahar xanım və bacısı Rübabə xanım qonaqları böyük sevgi ilə qarşılayıblar. Əvvəl şəhidin ev muzeyində qonaq olan şəhid anaları daha sonra şəhidin məzarını da, ziyarət ediblər. Məktəbli Leyla Məmmədova şairə Esmira Günəşin şəhid Fəxrəddin Fərəcova həsr etdiyi şeiri şəhidin məzarı üstə səsləndirib.
Həmçinin 44 günün qəhrəmanlarından şəhid İlqar Hüseynlinin də ailəsini ziyarət edən şəhid anaları Xudatdan gözəl xatirələrlə qayıdıblar.