Professor Jalə Əliyeva: Daha güclü Azərbaycan naminə daim irəli!

  • 19:51 - 09 Avqust

Əziz seçicilər, dəyərli həmvətənlər!

1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat təşviqat mərhələsinə bu gün - 9 avqust tarixində start verildi. Bütün namizədləri təbrik  edir,  seçiləcək millət vəkillərinə dövlət, xalq, ölkə naminə fəaliyyətlərində daim uğurlar arzulayıram.

Bu seçkilər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm  Zəfərdən sonra ölkəmizdə keçirilən ilk Parlament seçkisidir. Bundan bir-neçə ay əvvəl - 7 fevral tarixində keçirilən Prezident seçkisində xalq öz sözünü dedi! Dəmir yumruqlu, dəmir iradəli Xilaskar Prezidentini seçdi! Bununla da Azərbaycanın ən müasir tarixində yeni dövrün  başlanğıcının təməli qoyuldu. İndi isə növbə Parlament seçkilərinindir. Bu dəfəki Parlament seçkilərinə Qalib Azərbaycanın qələbə qüruru və yeni  hədəflərlə qatılırıq.

Daha güclü  Azərbaycan naminə daim irəli! Bu yolda yorulmadan, inamla atdığımız bütün addımlar Dövlətimiz, Ölkəmiz və Xalqımız üçün xeyirli, düşərli olsun!  Amin!

#95saylıZərdabKürdəmirUcarseçkidairəsi
#JaləƏliyeva


Oxunma sayı: 3862

Oxşar yazılar