Baki-Tehran əlaqələrin rahatlıq yaratdı: Yalana əl atdilar

  • 14:01 - 26 İyul

 

 

 

 

 

Məsud Pezeşkian seçki kampaniyası vaxtı soydaşlarımızla bağlı müsbət mesajları ilə yadda qaldı, prezident seçiləndən sonra isə cənab İlham Əliyev onunla telefonla danışdı, Bakıya rəsmi səfərə dəvət etdi. Bundan başqa İranda səfirliyimizin fəaliyyəti bərpa edildi və iqtisadi layihələrin həyata keçirilməsində canlanma meydana gəldi.

Avropa.info xəbər verir ki, bu  sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev İran və Ermənistan arasında müdafiə sahəsində 500 milyon dollarlıq gizli müqavilənin imzalanması xəbəri haqda danışarkən deyib.

O, “gizli saziş” feykinin məhz bu ərəfədə mediada yayılmasının təsadüfi olmadığını bildirib:

“Yəqin ki, münasibətlərin müsbət istiqamətdə irəliləməsi və sadaladığımız son hadisələr müəyyən xarici qüvvələrin xoşuna gəlmir. Ona görə də yaxın keçmişdə yaşanan mənfi hadisələrin unudulmadığını bilən mərkəzlər belə yalan xəbərin yayılmasının effektivliyinin yüksək olduğunu düşünərək, son addımı atdılar. Azərbaycan dövləti keçmişdə yaşananları unutmur, baş verən hadisələri izləyir, bütün ehtimalları dəyərləndirir və buna görə addımlar atılır. Fikrimcə, əgər belə bir müqavilə həqiqətən imzalanmış olsaydı, dövlətimiz müəyyən kanallar vasitəsilə öz sərt mövqeyini ortaya qoyardı. Buna hər cür imkanımız var”


Oxunma sayı: 2916

Oxşar yazılar